Page 376 - pryaxin
P. 376
rgi Pryaxin
Bәlkә, taleyin dönüşünә özündәn dә xәbәrsiz, gizlincә ümid
elәdiyinә görә, tәkrar-tәkrar bu ağır düşüncәlәrә qayıdırdı, özü
üçün әl yeri axtarırdı? Ancaq bu illüziyadı – şәxsәn onun üçün
geriyә dönüş artıq mümkün deyil: vaxtı çatmaz. Rusiyada hәmişә
mütlәqiyyәt üsuli-idarәsi olub vә istәnilәn hakimiyyәt buna can
atıb, yәqin, ona qarşı mübarizә metodlarının xüsusiyyәti dә
bundan irәli gәlir. Göbәyini qabağa verib inqilabların labüdlüyü
barәdә toxqarına düşünmәk gözәldi. Ancaq bu inqilablar axırda
gәlib öz başında çatlamasa. Onların tәkәrlәri altında qalmasan.
Sәnә elә gәlir ki, başqasının mәrhәmәti, qayğısı sayәsindә qarnını
irәli verib uzanmısan, әslindә isә әtrafındakılara, yanından
tәmtәraqla ötüb-keçәn – özü dә artıq ötüb-keçәndәn sonra –
dünyaya quyunun dibindәn baxırsan. İndiki vә sonrakı hәyata,
hәtta gücü dә demirәm, marağı hardan tapasan? Düşgünlәşmәyәsәn,
hәrәkәt qabiliyyәtini, hәyata marağı itirmәyәsәn, puç olub
getmәyәsәn? Bilmirәm. Karyerandan, hәtta fiziki vәziyyәtindәn
asılı olmadan hәr şeyi öz gücünә hәll etmәyin yalnız bir yolu
var: düşünә bilmәk qabiliyyәtini qoruyub saxlamaq vә başqalarının
dәrdinә şәrik olmaq bacarığı. Uşaqlıqdan şöhrәtpәrәstliyә mübtәla
olan Sergey özünә tәskinlik verirdi ki, bu illәr әrzindә nәinki
başqalarının çap elәyә bilmәyәcәklәrini çap elәyib, üstәlik oxuyan
naşir olub, buna da indi nadir hallarda rast gәlinir: narkotikә uy-
madan, aludә olmadan, ondan asılı vәziyyәtә düşmәdәn, narkotikdәn
qazanc götürdüklәri kimi, kitabdan qazanc götürürlәr...
Sergey azdanışan adamları xoşlayırdı: Anton Petroviç dә
dinmәzcә, hәvәslә balığını tutur. Günortaya yaxın adadakı quşlar
susub; onların qayığı, güzgünün üstündәki bir damcı bala qonan
milçәk kimi durğun suyun üzündә donub-qalıb. Çayın ayrılan
qolu kirimişcә axır, onunla birlikdә sanki ada da, onların qayığı,
sәmanın özü dә harasa baş götürüb gedir: elә bil Yer kürәsinin
necә fırlandığını eşidirsәn. Sergeyin әlindәn bir iş gәlmәyәcәyini
anlayan vitse-qubernator daha ona fikir vermir, nәsә öyrәtmәyә
çalışmır, paytaxt ayısına velosiped sürmәyi öyrәtmәk üçün yeni
cәhdlәr elәmir, sorğu-suala tutmur, ondan da öz ünvanına
heyranlıqla dolu tәrifli sözlәr ummur. İri suf balığı dirijabl kimi
376