Page 379 - pryaxin
P. 379
Xəzər yuxuları
anlayaraq, layiq olmadığı peşkәşi, axır ki, qәbul edib başqasının
şöhrәtinә şәrik çıxdı. Elә körpüdәcә hәrәsinә bir çappa araq
süzdülәr.
Naharı bir az sonraya saxladılar: arağı saymasaq, boşqarına
çimmәyi qәrara aldılar.
Çimmәk üçün çayın qollara ayrıldığı yerdәki qumlu suya
getdilәr. Sergey az qala bütün okeanlardakı çimәrliklәrdә olmuşdu,
ancaq Ana Volqadakı kimi zәrif, dәnәvәr quma heç harda rast
gәlmәmişdi. Bura üzәn adamlar toplaşmışdılar: hamının ordudan
әlavә, idmançı keçmişi dә var idi. Musaya, ümumiyyәtlә, çatmaq
mümkün deyildi, sanki gәncliyindә sәrbәst gülәş üzrә yox, sәrbәst
üsulla üzmәkdә çempion olmuşdu. Hәm dә gәncdi, dәstәdә
hamıdan cavandı. Sergey dә üzmәyi bacarır. Dayısından başqa,
ona üzmәyi Moskvanın әn yaxşı idman hovuzlarının birindә
SSRİ çempionu Sveta öyrәtmişdi vә hәmişә dә heyifsilәnirdi ki,
bu qәdәr uzun qolların yiyәsi onun yanına gec, otuz neçә yaşında,
üstәlik hipertoniya xәstәliyi ilә gәlib.
– Әlimә tez düşsәydin, sәni adam arasına çıxarardım, – qırx
yaşlı keçmiş çempion gözlәrini süzәrәk deyirdi.
Sergey dә gülümsәyib gec rastlaşdıqlarına görә heyifsilәnirdi.
Ancaq başqa sәbәbә görә. Öyrәtmәyinә öyrәtdi, çoxdandı daha
kәndçisayağı qol ata-ata üzmür. Ancaq keçmişdә olan ötәri bir
söhbәti xatırlayır. Hәyәtlәrinә qaraçı qadın gәlmişdi. Anası әlinә
keçәndәn ona pay verdi, o isә qәfil dedi ki, gәl falına baxım, nә
olub, nәlәr olacağından xәbәr verim. Getmәk istәyәndә birdәn
ayaq saxlayıb diqqәtlә Sergeyә baxmışdı.
– Onu ver mәnә, – anasına dedi. – Üçü nәyinә lazımdı?
Ağları saxla, bu qarayanızı mәnә ver, pis olmaz...
– Sәn nә danışırsan! – anası hirslәndi. – Hәyasızın sarsaqla-
mağına bax!
Elә dә sәfeh deyildi: ağlardan onda hәlә biri vardı, ikinci,
deyәsәn, heç planda da yox idi...
– Özün bilәrsәn, – qaraçı çiyinlәrini oynatdı. – Ancaq ehtiyatlı
ol: mәn aparmasam da, su apara bilәr...
Vә tәlәsik hәyәtdәn çıxdı. Anası ondan söz almaq üçün
arxasınca qaçdı: “de görüm, bu sözlәrinin mәnası nәdi?” Demәdi.
Onda Sergeydәn çox anasını qorxudan bu bәd sözlәr, – axı it
379