Page 374 - pryaxin
P. 374
rgi Pryaxin

İnsan yaşamayan adada sağ qala bilmәk vәrdişinә yiyәlәnmәk
faydasız olmazdı. Hәtta Sergeyi dә öyrәtmәyә çalışırdı! Qarmağa
yem taxmaq, tilovu atmaq. Vitse-qubernatorun birgә işlәdiyi
adam, doğrudan da, fәrsiz çıxıb. Qurdlamağı birtәhәr bacardı,
tilov atmağın da öhdәsindәn gәldi – doğrudu, fitri istedad sahibi
olan vitse-qubernatorla yarışa bilmәzdi, yarışmaq nәdi, qarmaq
az qalmışdı öz qulağına keçsin! – ancaq bir dәnә dә olsun, suf
balığı tutub ortaya çıxara bilmәdi. Anton Petroviçin ayaqları
altında isә elә bil xor mәşqidi. Suf balıqları ağızlarını hirslә
açırdılar, ancaq notları elә hündürdәn götürürdülәr ki, insan
qulağı ondan heç nә anlamırdı. Usta şagirdinin balıq tutmağı –
әdәbiyyatda, ya başqa incәsәnәt növündә tәqlidçilik kimi bir
şeydi: eyni soxulcandı, tilov atmağı da әladı, qalan qaydalarda
da ustaddan geri qalmır, ortada isә heç nә yoxdu.

Sergey qayığın durğun suya batmış burun tәrәfindә yayxanıb
әlini başının altına qoyaraq, cәld, sәriştәli adamın işinә baxmaqdan
lәzzәt alırdı: balıq tutmaqdan heç dә pis mәşğuliyyәt deyildi. Vә
fikirlәşirdi ki, bu adam üçün axı o kimdi? Kiçik Moskva
nәşriyyatının, hәtta sahibi dә yox – direktoru. Anton Petroviçin
ona göstәrdiyi hörmәt, dost münasibәti, çox ehtimal, Sergeyin nә
vaxtsa tutduğu yüksәk vәzifә ilә, üstәlik yaşla – vitse-qubernator
ondan dörd yaş kiçik idi – bağlıydı. Әsasәn dә onun qonaqpәrvәr
himayәsinә Sergeyin mötәbәr dәstә ilә gәlmәsi sayәsindә idi.
Hörmәt, dost münasibәtә Sergeyin özündәn çox, vitse-qubernato-
run әvvәllәrdәn tanıdığı, ona, vilayәtә faydaları dәyәn Viktora,
Voroninә, Musaya görәdi: elә Traktor zavodu maaşları vermәk
üçün Viktorun özündәn kredit götürürdü... Özgәnin istisinә
qızınırsınız, Sergey Vladimiroviç!.. Ancaq bir vaxt hәr şey tәrsinә
dövran elәyirdi. Onunla bu oğlan arasında dәrin uçurum vardı.
Hәr şey әvvәlki vәziyyәtdә qalsaydı, yolları, çәtin ki, kәsişәydi.
Doxsan doqquzuncu ildә birlikdә balıq tutacaqları, yatsalar,
yuxularına da girmәzdi. Onların sahillәri hәddindәn artıq müxtәlif
idi. Çox uca dağdan uçursan, Sergey Vladimiroviç, harda
dayanacağın da mәlum deyil. Onu bir vaxt yenicә qәdәm basdığı
sosial pillәyә atan doxsanıncı illәrdәki hadisәlәrә münasibәti nә
qәdәr pis olsa da, anlaşılmaz rus inqilabları haqqında düşüncәlәrindә

374
   369   370   371   372   373   374   375   376   377   378   379