Page 370 - pryaxin
P. 370
rgi Pryaxin

...Cavad hәmin yerlәrә gedib çatdı, hәtta öz evini dә tapdı.
Qapını döydü vә onu içәri buraxdılar. Nә vaxtsa imәklәdiyi
doğma evә, qapı tirinә dәymәsin deyә başını әyib girdi. İri, yad
adam böyür-başına boylandı: stolun arxasında gәnc gürcü ailәsi
oturmuşdu. Onu da süfrәyә dәvәt etdilәr. Cavad oturdu vә
cüssәsindәn, yaşından otaqda dәrhal darısqallıq oldu – qәhәr isә
onu boğur, söz tapıb deyә bilmirdi. Әzik pulları xışmalayıb
ciblәrindәn çıxartdı: kәndlilәri necә vermişdilәrsә, baxmadan,
saymadan, elәcә dә ciblәrinә dürtmüşdü. Ailә tәәccüb vә qorxu
ilә onun üzünә zillәnmişdi.

– Bu evi almaq istәyirәm, – axır ki, dillәnә bildi.
– Biz ev satmırıq, – ev sahibi dilini sürüyüb, çaxır dalınca
getdi.
– Bura mәnim evim olub, mәn burada doğulub-böyümüşәm, –
kövrәk sәslә dedi.
– Bunu artıq başa düşmüşük, – bardaqla geri qayıdan ev
sahibi dedi.
– Bu yaşda olardım, – Cavad süfrә arxasındakı әn kiçik uşağı
göstәrdi..
Evә sükut çökdü. Doğma ev Cavadı qonaqpәrvәrliklә qarşıladı.
Sәhәrә qәdәr yeyib-içdilәr. Sәhәr tezdәn, hәlә heç kim oyanmamış,
sakitcә yerindәn durdu, әzik pulların hamısını stolun üstünә
qoyub şәhәrә getmәk üçün avtobus stansiyasına yollandı. Kәndә,
evlәrә baxdı, toxundu, hamının әvәzinә ağladı.
– Qoy fikirlәşsinlәr ki, – o gülümsәdi, – sürgün olunanların
pulu itәtökdü...
– Bu il isә yarım gün türk sәfirliyinin qarşısındakı kolluqda
oturmuşam, – uzun sükutdan sonra söhbәtinә davam elәdi.
– Nә?
– İş elә gәtirmişdi ki, hәlә müharibә vaxtı bacım Türkiyәyә
getmişdi. Onu son dәfә uşaqkәn görmüşdüm. Uzun zaman ondan
heç bir xәbәr tuta bilmәmişdik. Sonra bizim özbәk icması ilә
Türkiyәdәkilәr arasında uzaqdan-uzağa bәzi әlaqәlәr yaranmağa
başladı. Hәrdәn bacımdan da bәzi xәbәrlәr alırdım. Bu yaxınlarda
isә mәnә xәlvәtcә dedilәr ki, onun böyük oğlu Türkiyәnin
Moskvadakı sәfirliyindә vәzifә alıb. Mәn dә Moskvaya cumdum –

370
   365   366   367   368   369   370   371   372   373   374   375