Page 367 - pryaxin
P. 367
Xəzər yuxuları

növbәti pambıq qәlәbәsindәn mәqalә hazırlayırdım. Hazırladım –
Şәrәf Rәşidoviçin özünü görmәdәn arayışlar әsasında – vә onun
xeyir-duası ilә mәni üç gün respublikada gәzdirdilәr. Aydın
mәsәlәdi ki, daha yemәk-yatmaq problemi yox idi – mәn indi
çox arzuolunan şәxs idim. Ancaq Fәrqanәyә nә üçünsә gedib
çıxa bilmәdim: oranı mәnә göstәrmәk istәmәdilәr. Dodağımda
müqәddәs parolla – Şәrәf Rәşidoviçin adı ilә üç gün gәzib-
dolandım. Aydın mәsәlәdi ki, daha kabablar da küçәdә bişәnlәrdәn
deyildi. Tәkrar edirәm, yatmaq problemi dә yox idi. Bir dәfә
dostum, “Komsomolka”nın xüsusi müxbiri Valera Niyazmatovla
mәnim çarpayımı, hәtta bağa çıxartdılar – demә, otaqda bürkü
bizi tәntidibmiş... Mәn isә daimi keflilik dumanında yetmişinci
ildә gördüyüm iki özbәk oğlanı xatırlayırdım. Daşkәnddә ilk
babat gecәmi onların kömәyiylә yola vermişdim. Şәhәr bağçalarının
birindә skamyada yatmazdan qabaq vaxtımı öldürmәk üçün
kinoteatrda axırıncı seansa getmişdim. O vaxt Daşkәnddә birge-
cәliyә kinoteatrı almaq mehmanxanada otaq almaqdan asan idi.
Kinoteatrda mәndәn yaşca kiçik olan hәmin oğlanlarla tanış
oldum. Onlar Daşkәnd rәssamlıq mәktәbinin tәlәbәlәri vә yeni
yazmağa başlayan şairlәr idi. Seansdan sonra mәni gecәlәmәk
üçün kiminsә palçıq daxmaya oxşayan emalatxanasına apardılar,
ancaq emalatxana şәhәrin mәrkәzindә idi vә açar olmadığından
içәri kiçik pәncәrәdәn girdik: o vaxt, hәtta mәn dә istәnilәn
nәfәslikdәn keçә bilirdim. Çaxır içib, şeir oxuyurduq. Daha
doğrusu, onlar sәhәrә qәdәr hәlә lap gәnc olan vә Rusiyada
tanınmayan (indi isә Rusiyanın unutduğu: millәtlәrin öz müqәd-
dәratını tәyin etmәsinin zәrbәsi әn çox şair vә yazıçılara dәydi,
öz aullarında indi onlara büllur mavzoleylәr ucaldırlar, sәxavәtlә
saray titullarına qәrq edirlәr, milli aullarından kәnarda isә onları
heç kim tanımır: rus dilinin ana qayğısı yoxa çıxdı) Abdulla
Aripovun şeirlәrini oxudular. Onların şeir oxuduğu kitabın rus
dilindә adı ya “Saxsı qәlb” idi, ya da buna oxşar Nikolasayağı bir
adı vardı. Sevgi haqqında şeirlәr. Vә bu ürәyiaçıq insanlar bir-
birinin sözünü kәsәrәk şeirlәri bacardıqları qәdәr tәrcümә edirdilәr
vә mәnim – hissiyyatsız slavyanın gözlәrinin niyә yumulduğunu
anlaya bilmirdilәr. Mәn isә daş kimi skamyanın yuxusuzluğundan

367
   362   363   364   365   366   367   368   369   370   371   372