Page 364 - pryaxin
P. 364
rgi Pryaxin

nәticәsi mәlumdu. Nәnә nәvәsini quru sinәsinә sıxandan sonra –
ancaq әlli dörd yaşında da doğa bilәn qadınlar öz yaşlarını özlәri
tәyin edirlәr – sәnәdsiz-zadsız, heç kimdәn heç nә soruşmadan,
qat-qat özbәk tumanının altına tikdiyi miras qalmış qızıl onluqlaraca
güvәnәrәk dünyanın o başına – Fәrqanәyә yollanmışdı. Guya
birbaşa cәnnәtә düşәcәkdi. Anam isә tәlәsik Nüsya Rudakovanın
üstünә qaçmışdı: gedәk, elә sabah körpәni xaç suyuna salaq! Bu,
bizim Çemberlenә cavabımız idi. Asiyalının izi-tozu da qalmamalıdı.
Bәs güman etsәk ki, atam Mamuranın gec doğulmuş yeganә oğlu
imiş? Ya da ailәdәn tәk onu sürgün etmişdilәr, o da özüylә tәkcә
evin әn kiçiyini götürmüşdü? Ancaq bu, tamam başqa nağıldı...

Don sahilində gəzir,
Don sahilində gəzir...
Orda isə qız ağlayır,

Kirimək bilmir...

Ah, Antonina, gec olsa da, mәnә nә gözәl hәdiyyә elәdin! Vә
Antoninanın şәxsi “kabinetindәn” ağır-ağır arakәsmәnin bu biri
tәrәfinә qayıdıram, onun hәr şeyi başa düşәn, anlayan mavi
gözlәriylә qarşılaşıb qәhәrdәn göynәyәn boğazımla nikolalıların
doğma mahnısına qoşuluram:

Don sahilində gəzir,
Don sahilində gəzir...

Bu yerdә birdәn fikrimdәn keçir: bәs anamla atam son dәfә
necә görüşüblәr? Onların son gecәsi necә keçib? Bәs düz mәnim
pәncәrәmin ağzındakı qarağacları – köçkün qarağacları kim
basdırıb? Anam? Ya Mamura onun şitilini dә alabәzәk özbәk do-
nunun altında o yerlәrdәn gәtirmişdi? “Nәnә” alman dilindә
“Grossmutter” demәkdi. Böyük ana. Bu halda, “Mamura” böyük
anadan da böyükdü. Ulu nәnә. Xüsusilә dә 1872-ci ildә doğul-
muşdusa.

Yoxsa bu qarağacları xatirә olaraq atam әkmişdi?

364
   359   360   361   362   363   364   365   366   367   368   369