Page 366 - pryaxin
P. 366
rgi Pryaxin

aparıb, ehtiyat üçün pәncәrәlәrdәki pambıq parçadan olan pәrdәlәri
dә çәkib. O da, yәqin, kandardan içәri gәnclik hәyәcanı ilә ayaq
basıb. Çәtin ki, o, otuz yaşlı qadının ilk kişisi olsun. Ancaq çox
güman, gördüyü ilk qadındı. Vә gәncin hәyәcanını canından
çıxarmışdı, onun başını qüvvәtli, isti çiyninә qoyub vaxtından
әvvәl kobudlaşmış quşçu, ya sağıcı әllәri ilә әzizlәmişdi.
Hәyatındakı müharibәdәn qopartdığı, iki oğlan doğacağı növbәti
kişi ondan düz on yaş, yuxuya gedәn kimi zümzümә elәyә-elәyә
kostyumunu ütülәmәyә başladığı bu oğlandan iyirmi yaş böyük
olacaqdı. Kostyumu da mәzәli idi, özü dә...

Özbәkistanda iki dәfә olmuşam. İlk dәfә otuz beş il әvvәl.
“Gәnclәr” qәzetindәn, Stavropoldan gәlmişdim. Eşitmişdim ki,
Daşkәnddә Stavropol küçәsi var vә bu küçә haqqında, onun
sakinlәri barәdә yazmaq istәyirdim: xalqlar dostluğu mövzusu
dәbdә idi, üstәlik dә hansısa әlamәtdar gün yaxınlaşırdı – ya
SSRİ-nin yaranması günü, ya da Daşkәnd zәlzәlәsinin ildönümü
idi. Nәsә sәbәb vardı. Demә, baxımsız bir küçә imiş. Ensiz, dar,
şәhәrin ucqarında, gil hasarlı şәxsi evlәrin sıralandığı küçә. Özü
dә, orada özbәklәr yox, әsasәn Stavropolda da kifayәt qәdәr olan
tatarlar yaşayırdılar. Mәnә isә tapşırıq verilmişdi ki, özbәklәrdәn,
stavropolluların onların küçәlәrini zәlzәlәdәn sonra bәrpa
etmәklәrindәn yazam. Ancaq küçәlәri heç kim bәrpa elәmәmişdi,
çünki az qala damına qәdәr torpağa girәn bu evlәr elә möhkәm
kök salmışdılar ki, zәlzәlә onlara kar elәmәmişdi dә. Özbәklәrlә
dostluğu vәsf etmәk baş tutmadı. Hәyat hәqiqәtlәri mane olurdu,
tatarlarla dostluğu әks etdirmәk üçünsә min kilometr yol getmәyә,
redaksiyanın onsuz da az olan pulunu xәrclәmәyә dәymәzdi.
Şәhәr isә mәni heyran etmişdi. Gecәni, gündüzü küçәlәrdә
keçirirdim, çünki heç bir mehmanxana mәni qәbul etmirdi:
ezamiyyәt pulum Daşkәnd mehmanxanalarına çatmırdı. Gәzib
tamaşa elәyirdim. Onların danışığını, cәnub lәpәdöyәninin
susmayan şırıltısını dinlәyirdim... Elә küçәdә dә yeyirdim; şabalıd
ağaclarının altında diribaş sovet alverçilәri tüstülәnәn manqalda
ciyәr kababı çәkirdilәr. İkinci dәfә tәxminәn on il sonra Daşkәnddә
oldum, ancaq bu dәfә “Komsomolka”dan getmişdim. Rәşidovun

366
   361   362   363   364   365   366   367   368   369   370   371