Page 368 - pryaxin
P. 368
rgi Pryaxin
sonra anamı vә atamı, onların ilk görüşünü düşünürdüm – nәdәnsә
ilk dәfәdәn onlarda hәr şeyin alındığına әminәm. Şeir oxuyublar,
ya yox? Özbәk dilindә danışıblar, ya ancaq rus dilindә? Ya
ümumiyyәtlә, hәr şey dinmәzcә baş verib – qucaqlaşmanın qәtlә
başlanğıc olduğu әlbәyaxa döyüşdәki kimi? Onun әlaqәsiz
sözlәrindәn nә başa düşmüşdün, ana?
...Sürgün edilmişlәr ölkәsi. Daşkәndә uçanda nә vaxtsa
Özbәkistanda toxuculuq sәnayesini yaradan qoca rus mühәndisi
ilә qonşu düşmüşdüm.
– Sizә nә göstәrәcәklәrinә, nә danışacaqlarına aldanmayın.
Otuzuncu illәrdә istehsalatı tәşkil etmәyә gәlmiş biz rusları artıq
respublikadan sıxışdırıb çıxarırlar. Çünki işlәr sahmana düşәndәn
sonra onlara lazım deyilik. Mәnim sözlәrimi yadınızda saxlayın,
vaxt keçdikcә bizi ölkәlәrindәn tamam çıxaracaqlar...
Yetmiş sәkkizinci il idi. Özbәkistanı gәzәndә Quru çöldә o
vaxt kolxoz sәdri olan mәshәti türkü, mәşhur Cavad Kuçiyevlә
tanış oldum. Onun, Lenin mükafatı da içindә, bütün ordenlәri
vardı. Birindәn – Sosialist Әmәyi Qәhrәmanı ordenindәn savayı.
– Hәr il Mәrkәzi Komitәyә mәshәti türklәrinin Gürcüstana,
doğma yurdlarına qaytarılmasıyla bağlı mәktub yazmasa, Şәrәf
Rәşidov ona çoxdan qәhrәman adı da verәrdi, – xәlvәtcә mәnә
deyirdilәr.
Cavad rayonda, hәtta vilayәtdә pambıq planını hamıdan tez
doldurmuşdu vә on iki oğul atası olan Cavadın başçılığı ilә on әn
yaxşı kolxoz sәdrini elә pambıq zavodunda bu qәlәbә münasibәtiylә
tәbrik elәyirdilәr. Şәrq sağlıqları deyilirdi, süfrәdәki qazanlardan,
xörәklәrdәn, Borodino çölündә olduğu kimi buğ qalxırdı, araq
da palıd ağacından düzәldilmiş stolların üstünә butulka ilә yox,
yeşiklә qoyulurdu. Mәni Şәrif Rәşidoviçin adamı kimi (әlbәttә,
onu görmәdiyimi Valeri ilә mәn boynumuza almırdıq, şәxsәn
görüşmәyimizlә bağlı suallara isә eyhamla susurduq) süfrәnin
başında oturtmuşdular. Bircә Cavad susurdu, quyu kimi dәrin
gözlәri ilә hamını süzәrәk fısıldayırdı, sanki onun özünü altdan
qovururdular. Sübh tezdәn dә mәni özü ilә apardı: onun kolxoz
idarәsindә tәbriklәrin qәbulu başlayırdı. Vilayәt komitәsi, raykom,
hәmkarlar ittifaqı – hamı sәhәr tezdәn Cavadın yanına axışıb
368