Page 373 - pryaxin
P. 373
Xəzər yuxuları
müvәqqәti olacaqdı. Bir yana qalanda, elә yüksәklikdә üzürdülәr,
onları әhatә elәyәn hәr şey isә sanki sәmanın yerә düşmüş әksi
idi. Belәdisә, indi әtrafımızda quşlar yox, mәlәklәr uçurdular,
xoşbәxtlikdәn, onların leksikası yenә normativә uyğun olmuşdu
vә avazları yaxşı gәlirdi.
Onlarla bәslәnmiş kişi bәdәnindәn çalxalanan dünya yenә öz
sahillәrinә qayıtmışdı. Anton Petroviç qayıqların ayrı-ayrı kiçik
körfәzlәrdә yerlәşmәsini tapşırıb Sergeyә etibar etmәyәrәk, sualtı
qızıl avaralar sürüsünün harda üzdüyünü dәqiq bilirmiş kimi
onların tәknәsini sürәtlә hәmin istiqamәtә qovurdu. Sergey alt-
dan-altdan ona baxır vә ürәyindә bu adama rәğbәt hiss elәyirdi.
Fikirlәşirdi ki, hәr halda, bir vaxtlar partiyaya axışanlarla
müqayisәdә, biznesә bir az fәrqli adamlar gәlir. Nә vaxtsa hay-
küylә başlayan partiyaçılar da illәr keçdikcә, nәsillәr dәyişdikcә
cırlaşmışdılar. Kasta vaxt keçdikcә özündәn kәnara çıxmamağa
çalışmışdı, kәnardan nәsә götürәndә dә kömәkçi material kimi
qranitә yox, muma üstünlük vermişdi. Belәcә, tәdricәn, bir vaxt
qan dövr elәyәn yerdә indi distillә olunmuş su dövr etmәyә
başlamışdı. Çox köhnәnin partiya lәtifәsi yada düşür:
– Sov.İKP MK-nın katibi adam mәskunlaşmayan adada nә
qәdәr yaşaya bilәr?
– Kömәkçisi qәdәr. Kömәkçisi ölәn kimi katib dә ayaqlarını
uzadacaq...
Bunlar isә başqa cürdülәr. Qayığı sakitcә idarә elәyir,
başqalarının, әsasәn dә Sergeyin kömәyi olmadan qarmaqlara
yem taxıb tilovu elә atır ki, tilov ipi sәhәrin tәmiz havasını vıyıltı
ilә kәsir... Tәkcә elә qayığın necә üzmәyindәn, Volqa kәndirbazı
şıltaq suf balığının harda ola bilәcәyini tәxmin edib ora istiqamәt
götürmәyindәn çayda böyüdüyü hiss olunurdu. Belәsinin әlindәn
hәr iş gәlәr, lazım gәlsә, dam vurar, işıq çәkәr. O, tәkcә özünü
yox, kömәkçisini dә dolandırardı. Nahaq yerә indi qırsaqqız olub
ondan yapışmırlar ki. Firmalarda işlәyәn, bir qәpikdәn ötrü can
vermәyә, iki qәpikdәn ötrü can almağa hazır olan, müasir rus
kapitalizminin tacirlәr tayfasına mәxsus bu gәnc kilkәlәrin
dırmaşdıqları yüksәklikdә bu güclü başçını, istiqamәtvericini
itirmәmәyә çalışırlar.
373