Page 375 - pryaxin
P. 375
Xəzər yuxuları

tәzә bir impuls yaranmışdı – üfüqdә yeni inqilab görünmürdü ki?
İndi inqilabları hәr üzünә söymәk adәt halını alıb. Özü dә nәyә
görәsә inqilabları hamıdan qәzәblә damğalayanlar, lәnәtlәyәnlәr
onun xeyrini götürәn adamlardı. Görünür, hesab edirdilәr ki,
onlara icazә verilәnlәr gәrәk başqalarına yasaq olunaydı. İnqilab
Seryojanın nәslini kökündәn biçib. Ancaq, hәr halda...

Hakimiyyәtin ruslara xas tәşkili, özündәn başqa heç kimi
düşünmәmәsi son nәticәdә ona gәtirib çıxarır ki, elit tәbәqәnin
dәyişmәsi üçün yeganә alәt mәhz inqilablar olur. Bәlkә dә, sadә-
cә tarixin yeganә alәti olur, çünki bәşәr tarixi elitanın sonsuz ola-
raq dәyişmәsindәn başqa bir şey deyil. Doğulur, nәfәs verilir,
yerbәyer olur vә bir elita yaranır – sonra dalğalar lap dibdәn lili,
daşı, qumu vә qanı özü ilә qaldırır vә onun yerindә, ondan da
yuxarıda başqa elita yaranır. Vә bu, konkret olaraq heç kimin
istәyib-istәmәdiyindәn asılı deyil. Daha doğrusu, biz günahkar
bәndәlәrin istәklәrindәn, mәsәlәn, sunami, zәlzәlә nә qәdәr
asılıdırsa, inqilab da o qәdәr asılıdı. Çox ehtimal, bizim istәklәrimiz
inqilablardan asılıdı vә hәtta ondan asılı olaraq formalaşırlar,
necә ki inqilablar bütün yerdәki dәyişikliklәrin ilkin mәnbәyi
olan Günәş aktivliyindәn birbaşa asılı olurlar. Onlar daha çox
eyni qorxunc vә ölçülü-biçili geofiziki qanunlardan yaranırlar,
nәinki psixofiziki qanunlardan. Vә sonuncular birinci olacaqlar –
bu bibliya hәqiqәti Rusiyada әn qısa vaxtda vә tez-tәlәsik –
çaxmağı çәkmәklә hәll olunur. Bütün mәsәlә qәtl ilә intihar
arasındakı fәrqi şәrtlәndirәn dövrün tәqdim etdiyi silahın
keyfiyyәtindәn asılıdı. Әn diribaşlar, hoqqabazlar müqavimәtin
mәnasız olduğunu anlayıb ayaqda qalmağa, әn tәdbirlilәri isә
ondan bәhrәlәnmәyә çalışırlar. Sonuncuların dönә-dönә birinci
olmamaları tәqdirdә irәli hәrәkәt yoxdu vә mümkün dә deyil.
Ona görә dünyada kitabı bağlanmış adam yoxdu. Heç kimin
üstündәn xәtt çәkmә! – bunu da Sergeyә mәhz yeni hәyat
öyrәtmişdi. Nә qәdәr boş, mәnasız, ömrünü sürüb qurtarmış
adamları indi at belindә görmüşdü. Duruşları da gözәldi, hәtta,
deyәsәn, işlәrinin öhdәsindәn dә gәlirlәr. Mәsәlә heç bunda da
deyil. İşi bitmiş adamlar әn azından ona görә ola bilmәz ki, Allah
üçün seçilmişlәr yoxdu: vә sonuncular birinci olacaqlar...

375
   370   371   372   373   374   375   376   377   378   379   380