Page 362 - pryaxin
P. 362
rgi Pryaxin

Don sahilində gəzir,
Don sahilində gəzir,
Don sahilində gəzir

Gənc bir kazak...

Orda isə qız ağlayır,
Orda isə qız ağlayır,
Orda isə qız ağlayır
Axan sulara baxaraq...

Biz Nikolaların doğma mahnısı.
Uşaq evindә müәllim... Uşaq evi müharibәdәn sonra müharibә
әlillәri üçün pansionatın yerlәşdiyi binada idi. Әlillәrin köhnәlәri
gedirdi, tәzәlәri gәlirdi. Deyilәnә görә, atam müharibәdәn sonra
Donbasdakı şaxtaların bәrpasına mәcburi göndәrilәnә qәdәr bir
müddәt, әvvәllәr özbәk mәktәbi adlanan “ağ mәktәb”dә dә dәrs
deyib. Görünür, milçәk kimi qırılan valideynlәrindәn sonra uşaq
evinә pәnah aparan özbәklәr dә çox imiş...
Demәli, atamı Mamuradan ayırıb, әlindә külüng oranın mәdәn
lağımlarında dolaşmaq üçün Donbasa, Dona göndәriblәr, qırx
yeddinci ildә, mәn doğulandan sonra isә nәnәm dә gedib.
Oğlundan sonra gedib. Niyә? Nәnәmin qırx yeddinci ildә anamın
yanına gәlib birlikdә getmәyi tәklif etdiyini bilirәm. Qalanları
isә xәyallarımın mәhsuludu. Nәnәm mәn doğulana qәdәr gәlib,
ya sonra? Tәbii ki, mәn doğulandan sonra gәlmәsini istәyirdim.
Bax mәn doğuluram, nәnәm o saat sovqatla gәlir – sürgün edilmiş
özbәklәrә öz günәşli vәtәnlәrindәn, hәrdәn-hәrdәn dә olsa, qaysı
göndәrirdilәr: bağlama qutusunu komendaturada әvvәlcә silkәlә-
yirdilәr, qurudulmuş әrik fanerә toxunub küt sәs çıxarırdı, onda
qutunu açıb az qala yarısını götürürdülәr. Ümumiyyәtlә, Nikola
Xәzәrdәn keçirib gәtirilәn bu әcnәbi meyvәni xatırlayır. Qan
qohumluğunu möhkәmlәndirmәk üçün bir banka keçi südünü
dә. Vә mәnim gözlәrimin qara olduğunu görüb anama uzaq-uzaq
ellәrә aparan Böyük İpәk yolunu, Xәzәr yolunu tәklif edib... Axı
atam, doğrudan da, sonuncu uşağı idisә, demәk, mәn dә onun

362
   357   358   359   360   361   362   363   364   365   366   367