Page 358 - pryaxin
P. 358
rgi Pryaxin

turanın uşaqları isә uşaqlıq illәrindәki hәr iki dili hәlә dә xatırla-
yırdılar, hәtta yeri gәlәndә yaddaşları ilә lovğalanırdılar da.

...Mәn üçüncü qәdәhdәn sonra da Antoninanın belә tәmtәraqlı
süfrә açmasının sәbәbini anlamamışdım. Dördüncüdәn sonra hәr
şey aydın oldu.

***

Dördüncü qәdәhdәn sonra Antonina әliylә mәni yanına
çağırdı. Biz mahnı oxumağa hazırlaşan kәndlilәrimizin arasından
zorla keçdik, çünki artan çәkimizlә istәnilәn cütlüyü arxada
qoyardıq (Antonina son illәr ciddi surәtdә Kreml pәhrizi ilә
arıqlayır). Vә onun arakәsmә ilә ayrılan kabinetinә keçdik.
Antonina antisovet hökumәtә sovet hökumәtindәn qalan yaşıl
örtüklü kontor stolunun siyirmәsindәn köhnә anbar kitabını
çıxartdı. Fikrini cәmlәyib onu xeyli vәrәqlәdi, lazım olan sәhifәni
tapıb mәnә tәrәf çevirәrәk, barmağını üstünә qoydu. Vә atamın
nә vaxtsa qohumlarından eşitdiyim soyadını gördüm.

Adını da gördüm, o da qohumlarımın dediyi ilә üst-üstә
düşürdü. Ancaq bu, bir az sonra oldu, çünki ona qәdәr doğma
nәnәmin adı gözümә sataşdı vә o, mәni soyaddan daha çox
sarsıtdı.

M a m u r a! Bu da sәnә ad! Deyilәnә görә, vurğunu sonuncu
hecaya salmaq lazımdı. Ancaq istәyirәm onu elә sәslәndirәm ki,
rusun “mama” sözünә daha çox uyğun gәlsin. Mamura...

Sonrakı sütun mәni lap çox sarsıtdı. Doğum tarixi – 1872-ci
il. Lenindәn vur-tut iki yaş kiçikdi. İliç, Şuşenskiyә yox, Fәrqanә
vadisinә sürgün edilsәydi, onun üçün Nadejda Krupskayanı
әmәlli-başlı әvәz elәyә bilәrdi. Mәn dünyaya gәlәndә yetmiş
yaşı varmış. Pis deyil. Qarşısında Bibliya kimi donub-qaldığım
kәnd sovetinin elә bu anbar kitabından – demә, kәnd sovetinin
mirzәlәri DTK-dakı hәmkarlarından çalışqan imişlәr – atamın
doğum tarixini dә öyrәndim: 1926-cı il. Anamın atamdan on yaş
böyük olması mәni elә dә tәәccüblәndirmәmişdi, yaşca böyük
olduğunu әvvәl dә güman edirdim, yanımda onun haqqında
әtraflı söz açmamağının başlıca sәbәbi dә, görünür, bununla
bağlı idi: müharibә nәticәsindә olsa da, kәnddә, xüsusilә indiki

358
   353   354   355   356   357   358   359   360   361   362   363