Page 355 - pryaxin
P. 355
Xəzər yuxuları
İlk dәfә idi, belә mühüm dövlәt idarәsindә istintaq altında
dindirilirdim, ancaq etiraf edim ki, qulaqlarımı şәklәmişdim: o
vaxta qәdәr birnәfәsә oxuduğum “Dәfinәlәr adası”ndakı rәngbәrәng
xәritә dәrhal gözümün qabağına gәldi, mәn dә onu tәlәsik
çeynәyib uddum. Yer altındakı xәzinәnin xәritәsi! Ay sәni! Buna
görә dözmәyә dәyәrdi. İsa dözüb, bizә dә buyurub... Ancaq
Quruәl Valya – kәnddә ona mehribancasına belә deyirdilәr – bu
xәstәliyi ilә dәmir Stalinә yox, insani Stalinә oxşayan mülayim
Valya birdәn dişi sәrçә kimi yerindәn hoppanıb sağlam әlini
yaşıl mahud salınmış dövlәt stoluna çırpdı vә elә qışqırdı ki, onu
min ildi tanısam da, bu sәsdәn tüklәrim biz-biz durdu.
– Siz nә danışırsınız, maymaqlar! Uşağa böhtan atmağa kim
sizә haqq verib! Veyillәr! Allah bilir, satıb arağa vermisiniz, indi
dә uşağın üstünә yıxırsınız. Rәdd olun burdan!..
Vә müdir stolunun arxasından çıxıb, mәnә yaxınlaşdı, titrәyәn
çiyinlәrimdәn qucaqlayıb, – nә üçün titrәdiyimi özüm dә bilmirdim, –
ana kimi özünә sıxdı...
Coğrafiyaçı-geoloqlar, zavallı Mikluxo Maklaylar özlәrini
itirdilәr: Sovet hakimiyyәti möhkәmdi! Onlar Valyanı sәdr
saymışdılar, o isә vur-tut kәnd sovetinin katibi idi.
– Onun anası Nastya xalanı yaxşı tanıyıram, heç vaxt
götürmәzlәr. Uşağı rahat buraxın, gedin itirdiyinizi başqa yerdә
axtarın, – bu dәfә sakitcә dedi.
Vә bu gözәl insan doğru deyirmiş. Mәn deyilәm! Mәn
deyilәm! (Bәlkә dә, heyif.) Ancaq Fomixanın oğlu vaxtında әl-
ayağa düşübmüş, bir vaxtlar oliqarx olub Abramoviçin özü ilә
bәhsә girmәk istәyirmiş. Yer tәkinin kәşfiyyatçıları layiq olduqları
istirahәtdә olanda, demә, o da vaxtını boş yerә keçirmirmiş. İtik
ikinci gün tapıldı: geoloqlar deyiblәr ki, bu mühüm sәnәdlәr
tapılmayınca Fomixanın evindәn getmәyәcәklәr. Fomixa soba
düzәldәn ağır әli ilә oğlunun qulağından tutub torpaqdan iki san-
timetr yuxarı qaldıran kimi sәnәdlәr tapılıb. Mәn, hәtta onların
tez tapılmasına heyifsilәndim – artıq özümü, necә deyәrlәr, pay
sahibi hiss elәyirdim. Ancaq әclafın yekәsiymiş: mәni axı onun
gözü qabağında sürüyüb aparmışdılar!
355