Page 352 - pryaxin
P. 352
rgi Pryaxin
dә hәmrәylik nümayiş etdirәrәk ayaq saxlayacaq. Qәbiristanlığın
çoxdan qardaşlıq qәbiristanlığı, özü dә adsız qardaşlıq qәbiristanlığı
adlandırılmalı olan hissәsindәki bu başdaşının uzaqdan-uzağa
kimәsә bir aidiyyәti varıydısa, o da yalnız mәn idim. Budur,
kimsә buketin xışıldayan sellofanını bәri başdan açıb gül dәstәsini
sakitcә mәnә ötürür vә mәn onu başdaşının ayaq tәrәfinә qoyuram.
Arxadan gәlәn maşınlar da dayanır. Vә biz yenә yüz-yüz süzürük.
Sonra üstünә әrәb hәrflәriylә nәsә yazılmış başdaşını, möhkәm
qalsın deyә russayağı sәxavәtlә sulayırıq. Nә olsun, müsәlman
qәbridi, olmaz ki? Qoy xristian, pravoslav adәtlәrinә öyrәşsinlәr.
Canavarlarla bir yerdәsәnsә, canavar kimi yaşamasan da, gәrәk
canavar kimi ulayasan... Ayaqlarımız altındakı bu kiçik әraziyә
sığan yeddi min insanı da yad elәyәk. Ola bilsin, aralarında
saysız-hesabsız körpәlәr olduğuna görә bu balaca yerә sığışıblar.
Yәqin, beşikdәki kimi yatırlar... Ya oturublar? Bu yeddi mini
necә basdırıblar? Müsәlmansayağı bardaş quran vәziyyәtdә?
Ancaq bizdә torpaq nә qәdәr desәn var, istәyirsәn ayaqlarını,
әllәrini gen-bol uzat. İntәhası, güman etmirәm. Qәbiristanlığın
ruslar dәfn olunan tәrәfindә uyuyanların, elәcә dә dәfn komanda-
sındakıların – belә bir komanda olubsa – әksәriyyәtini, şübhәsiz,
ruslar tәşkil edib... Belәcә, danışa-danışa yolumuza davam edirik.
Bir dәfә qәbir üstündәn qayıdanda kәnd sovetinә yollandıq.
Yerlilәrinin gәlişi şәrәfinә süfrә açılmışdı; şükürlәr olsun ki,
onunla bağlı yaxşılığa doğru nәsә bir dәyişiklik olacağına ümid
edirlәr – burada da hәlә ümidlә yaşayırlar. Әslindә möcüzә
qәbiristanlıqda yox, ondan sonra, indi “kәnd administrasiyası”
adlanan kәnd sovetindә baş vermişdi. Ancaq mәndәn ötrü o,
hәmişә kәnd soveti olub, indi dә elәcә qalıb vә onun ürәyimdә
ayrıca yeri var. Bu da boş yerә deyil. Üçüncü sinifdә oxuyanda
az qala qulağımdan tutub üç-dörd yad kişinin müşayiәtiylә mәni
bura gәtirmişdilәr. Vә kәnd soveti, orada texniki katib işlәyәn,
bir qolu qurumuş dünәnki onuncu sinif şagirdi Valya Ledovskinin
şәxsindә mәni müdafiә elәmişdi. Mәsәlә belә idi ki, mәni mühüm,
az qala mәxfi dövlәt sәnәdlәrini oğurlamaqda günahlandırmışdılar.
352