Page 356 - pryaxin
P. 356
rgi Pryaxin
...Elә hәmin kәnd sovetindә dәftәrxana stollarını mәnim
şәrәfimә yan-yana düzmüşdülәr. Süfrәni kәsmikli, xamalı, qaysılı
mәşhur Nikola piroqları da daxil olmaqla, Pasxadakı kimi
bәzәmişdilәr. Qalan şeylәr, araq-çaxır da öz yerindә. Hamısı
Antoninanın sayәsindә baş tutmuşdu, rәfiqәlәrini, qonşularını
sәfәrbәr elәmişdi. Antonina Valyanın varisiydi, ancaq artıq әsl
sәdrdi. Vәzifә cәhәtdәn dә, görkәm cәhәtdәn dә. Mәnim xәtrimә
dәyәnlәr Nikolanın, gövdәsi iki qucağı dolduran bu qaraqaşlı çöl
madonnasının әlinә düşsәydilәr, kәnd sovetinin tarixi
pillәkәnlәrindәn – bizdә Sovet hökumәti mәhz bu ağardılmış
malikanәdә elan olunub, tikintinin köhnәliyini özünüz tәsәvvür
elәyin (intәhası, Sovet hökumәtindәn çox yaşadı, görәn, bu
hökumәti dә yola sala bilәcәkmi?) – kәllәmayallaq uçardılar.
Antonina adicә sәdr-ataman deyil. Hәm dә mәnim mәktәbdәki
ürәk dostum Şurikin kiçik bacısıdı. Mәhz onların valideynlәri,
bizә heç bir qohumluqları çatmayan bu sadә, zәhmәtkeş adamlar
anam ölәndәn sonra mәni öz ailәlәrinә götürmәk istәyirdilәr.
Oğulluğa götürmәk – hәlә dә bilmirәm, kim daha israrlı idi:
dostum, bizim әvәzsiz qapıçımız, indi istefada olan qırmızısifәt
milis mayoru, yoxsa onun kiçik bacısı, incә, ayaqdan zirәk – tәki
bizim hücumçumuz olaydı! – Tonya...
İyirmiyә yaxın adam stolların arxasında әdәblә oturub bizi
gözlәyirdi. Atamın dayısı oğlu, çoxdan rәhmәtә getmiş İvan
Nikanoroviçin kiçik qardaşı Alekseyi mәhz bu zәngin süfrәdә
axırıncı dәfә gördüm. Nikolanın benzindaşıyan maşınlarının
әvәzsiz sürücüsü – öz gücünün ağırlığından dok fәhlәsi kimi
hәmişә boynunu qısa-qısa yeriyirdi – ayağını sürüyә-sürüyә
hamıdan gec gәldi vә dәrhal yana çәkilib, mәnim yanımda
hörmәtlә yer verdilәr. Qucaqlayıb salamlaşanda әlinin soyuqluğu-
na vә taxta kimi olmasına heyrәtlәndim. Bir-birimizә sıxılıb otu-
rduğumuz vaxt, heç kimә hiss etdirmәdәn cibimdәn min rubl
çıxarıb, dayımın ovcuna basmağa çalışdım. O, hәr şeyi başa düş-
dü, sıxıldığından, minnәtdarlıq duyğusundan gözü yaşardı, ancaq
titrәyәn әli sözünә qulaq asmırdı. Әli bükülmürdü – vәssalam. İri
olsa da, faydasız – soyuq soyutma kartof kimi. Hәr şeyi zәhmәtlә
qazanmağa öyrәşәn әl indi müftә pulu götürmәk halında deyildi.
356