Page 353 - pryaxin
P. 353
Xəzər yuxuları
Anam vә kiçik qardaşlarımla bir gün әvvәl onun zirәk, yaşlı
rәfiqәsinin evindә gecәlәmişdik. O, bizim kәndә gәlmә idi,
әvvәllәr şәhәrdә, sosializm tikintilәrindә, deyәsәn, hәtta hәbsxanada
olmuşdu; әllinci illәrdә, taxta döşәmә hәlә olmadığı vaxtlarda
daxmalara tol vururdu, işdә yox, dildә pәrgar olan kişilәrin
kömәyi, hәtta mәslәhәti olmadan soba düzәldirdi. Doğrudu,
görünür, kişilәrsiz o da keçinә bilmәmişdi: kәnddә mәndәn iki
yaş böyük oğlu ilә peyda olmuşdu. O, nә vaxtsa bizim sobanı da
tәmir elәmişdi. Eyni cinsdәn olmalarına baxmayaraq, bu cür iki
fәrqli adam tapmaq nә qәdәr çәtin olsa belә, mәnim utancaq, hәr
şeydәn çәkinәn anam, bu işlә әlaqәdar üzü üzlәr görmüş bu diri-
baş arvadla dostlaşmışdı. Onlar oğlu ilә qobunun yaxınlığındakı
qazmada yaşayırdılar – heç kim görmәsin deyә anamla hava qara-
landa bostanların içi ilә onlara gedirdik: çәkmәçi-zirehdәlәn yenә
bıçağı әlinә götürüb evdә alәmi bir-birinә qatmışdı. Kәnddә
hamının, sәhv etmirәmsә, Fomixa adlandırdığı xala bizi evә
buraxdı. Gecәnin bir vaxtı üstübağlı “studebekker”dә qәfildәn
bir yığın kişi – geoloji kәşfiyyatın işçilәri gәldi. Biz anamla
daxmanın uzaq bir küncünә sığındıq, daxmada isә sәhәrә qәdәr
yeyib-içdilәr: çox güman, gәlәnlәr Fomixanı әvvәldәn tanıyırdılar,
tanımasalar da, onunla tanış olmaq çәtin deyildi – taylı tayını
tapar. Hәtta qәdәhi dә kişi kimi birdәfәyә başına çәkirdi, sonra
da iri, qabarlı әlini ağzına tuturdu ki, qazı çıxıb heyif olmasın:
qәdәhlә dostluq elәmәyәn sobadüzәldәn görmüsünüzmü? Hava
işıqlaşar-işıqlaşmaz anam bizi qaldırdı vә xoruldayan yad adamların
üstündәn adlayıb tәlәsik oradan uzaqlaşdıq, ürәyimizdә dә ümid
elәyirdik ki, önündә heç bir keçilmәz sipәr olmayan “zirehdә-
lәn”imiz artıq ayılmış, özünә gәlmiş, sakitlәşmiş, öz sahilinә
qayıtmış olar. Anam tezdәn işә getdi, mәnim isә arxamca gәldilәr.
Hәtta bizim daracıq küçәdә “İosif Stalin” tankına bәnzәyәn
hәmin lend-liz1 “studebekker”dә gәlmişdilәr.
1lend-liz – İkinci Dünya müharibəsi zamanı Almaniyaya qarşı vuruşan müttəfiq
dövlətlərə hərbi sursat, xammal, ərzaq və s. borc verilməsi haqqında 1941-ci
ildə ABŞ Konqresi tərəfindən qəbul edilmiş qanun
353