Page 349 - pryaxin
P. 349
Xəzər yuxuları
görmüşdüm, ancaq onun altında adamlar olduğunu tәsәvvür
elәmirdim. Dünya yarananda olduğu kimi, hamının sağ olduğu
vaxtlar nә gözәldi! Hәyat mәni qәfil ağıllandırdı: hәyatımdakı
ilk ölüm – anamın ölümü oldu. Yәni qismәn dә mәnim. Anam
altmış birinci il dekabrın ikisindә vәfat elәdi, altmış ikinci il
Pasxa әrәfәsindә isә mәn 2 nömrәli Budyonnovsk internat-
mәktәbin şagirdi kimi qәbiristanlığa gәldim. Nә böyük fәrq
varmış! Pasxa bayramı Nikolada daxmaları ağardırlar, ondan da
hәvәslә, can-başla qәbirlәrin böyür-başına әl gәzdirirlәr. Pasxada
mәzarların üzü gülür. Tәmizlәnmiş, sulanmış – götür elәcә hәyatın
әbәdiliyini göstәrәn kataloqa sal. İndi bu әnәnә güclәnib, kök
atıb: tәkcә süfrәlәrә yox, mәzarlara da baxış keçirilir. Onlar
nizami baxışda olduğutәk donub-qalırlar. Mәn dә anamla
başqalarından pis görünmәk istәmirdim. Buna görә, hәm dә elә
buna görә tәtildә kәndә gәlәn kimi süngülü bellә qәbiristanlığa
cumurdum. Hәlә anamın mәzarında heç nә bitmәmişdi. Qәbrin
özü dә hәlә yapıxmamışdı, indiki kimi yerlә bәrabәrlәşmәmişdi.
Başqa qәbirlәrdәn seçilmәsini istәmirdim. Düzünә qalsa, onsuz
da seçilirdi: әn azından, tәzәliyinә görә – onda adamlar hәlә
milçәk kimi qırılmırdılar. Qәbir orduya gәlәn tәzә әsgәrlәr kimi
son cәrgәnin axırında idi. Ancaq mәn başqa şey istәyirdim.
Tamamilә tәk idim – anamın qәbrinә tәk-tәnha gәldiyim vaxtlar
idi. Beli altıma qoyub, dәstәyin üstündә bir xeyli qımıldanmadan
oturdum. Ağladımmı? Yәqin ki, ağladım. Ancaq indi – qırx dörd
il sonra anamla qәbiristanlıqda ayrılandan sonra yalnız o dәrin
sükutu aydınca xatırlayıram. Pasxaya, yәqin, hәlә iki-üç gün
qalmışdı, ya da bura tezdәn gәlmişdim, ancaq bu geniş qәbiris-
tanlıqda mәn hәmin vaxt, doğrudan da, tәk-tәnha idim. Onsuz
yaşamağa tәzә-tәzә öyrәşirdim. O isә tәzә-tәzә yaşamamağa
öyrәşirdi. Sükut aramızda döyünürdü. Ağlamaqdan savayı,
onunçün başqa nә elәyә bilәrdim?! Altmış ikinci ilin Pasxası gec,
yaz isә tez gәlmişdi. Zәncirotu qәbiristanlığı bürümüşdü. Yalnız
anamın qәbrinin üstündәki torpaq qalağında yox idi. Axı o, qışda
әmәlә gәlmişdi, toxumları, sadәcә ora düşmәyә macal tapmamışdılar.
Qәbirlәrdәn bir az kәnardakı sarı zәncirotulardan bellә torpaqqarışıq
götürüb, anamın mәzarının üstünә qoymağa başladım. İki saat
349