Page 360 - pryaxin
P. 360
rgi Pryaxin

Sürgün fәlakәtindәn sağ qurtulsalar da, boyük oğlanları, tәbii ki,
müharibәnin qanlı ağuşuna atılmışdılar... Qoca vaxtında Mamura
öz sonbeşiyiylә belәcә yad ellәrә düşmüşdü. Onları varlı yaşadıqları
yerdәn – basmaçdılarsa, demәk, varlı olublar – zorla ayırmışdılar,
o isә qoca dişi canavar kimi sonbeşiyini öz bәdәninin istisi ilә
xilas etmişdi. Beş yaşlı uşağın üstündә әsәn qarı, bәlkә dә, bu
mәşәqqәtli yolda böyüklәrin hansınısa gözdәn qaçırmışdı. Mәryәm
ana heç bircә uşağından muğayat ola bilmәmişdi, qaçqın qarı on
uşaqdan necә muğayat olaydı.

Mәnә elә gәlir, cırıq, alabәzәk adyalın altından vәhşi bir
maraqla yük vaqonunun yarığından düzü-dünyanı bürüyәn qarın
parıltısına baxan bu qara uşaqların gözlәrini açıq-aşkar görürәm...
Ana Rusiya.

Onları Türksib vә Transsiblә düz Urala aparmışdılar. Doğma,
ilıq ana qucağında körpә nә düşünmüşdü, nә hiss elәmişdi? Qoca
yaşında zorla, alçaldıcı tәrzdә, hәtta ölümә dә yox, ölümdәn
betәr olan namәlumluğa aparılan ana bәs nә düşünmüşdü?

Bax bunu dәqiq bilirdim. Fikirlәşirdi ki, ölsә, bu әzablı uçuşu
körpәdәn әvvәl kәsilsә, yarımçıq qalsa, uşaq onsuz bir gün dә
yaşamaz. Onda uşağı heç kim xilas elәyә bilmәz. Nәnә ço-o-ox
yaşamalı idi. Vә o, hәr şeyin – otuz birinci ilin, otuz üçüncü ilin,
qırx bir-qırx beşinci illәrin, hәtta qırx yeddinci ilin içindәn sağ-
salamat çıxdı. Bütün itkilәrin, ölümlәrin içindәn can-ciyәrini –
kiçik oğlunu sağ-salamat çıxararaq xilas etmişdi. Deyilәnә görә,
qırx yeddinci ildә yetmiş beş yaşlı bu insan sürgün edilәnlәr
arasında ilk olaraq vәtәnә dönmüşdü. Onun üçün şәxsi icazә
olub? Yoxsa heç buna cәhd dә etmәmişdi? Belә çıxır ki, bizim
nәsildә iki qaçaq var: biri Solovkidәn Qafqaza, o biri isә Qafqazdan
Fәrqanәyә... Bayaq dediyim kimi, anbar kitabında insanlarla
yanaşı, heyvanların da sayı sәliqә ilә yazılmışdı: keçi vә üç
qoyun – ev sahibi Mamuranın daşınan әmlakı bundan ibarәtdi.
Anbar kitabındakı sonuncu sütun daşınan vә daşınmaz әmlak
sahiblәrinin şәxsi imzası üçün ayrılmışdı. Ola bilsin, әn böyük
gözlәnilmәzlik mәni burada gözlәyirdi. Bilirsizmi, qarı nә
yazmışdı, kasıb var-yoxunu kimә miras qoymuşdu? Canlı
varlıqlardan biri – keçi, heç şübhәsiz, atamın süd anası olmuşdu.
“Alla” – ev sahibinin imzası belә idi. Sәhv etmirәmsә, latın

360
   355   356   357   358   359   360   361   362   363   364   365