Page 267 - pryaxin
P. 267
Xəzər yuxuları

Yevgeni Alekseyeviç insanlarla ünsiyyәt qurmağı bacarırdı,
özü dә eyni vaxtda dörd dildә danışırdı: yazılı vә qeyri-normativ
rus, yazılı vә qeyri-normativ Ukrayna dillәri…

O, uzun müddәt mәxfi zavodda işlәyәn yüksәk ixtisaslı
tornaçıya oxşayırdı. Bir vaxtlar “Komsomolka”nın nәzarәti ona
tapşırılmışdı, redaksiyada keçirilәn partiya iclaslarında tez-tez
iştirak edirdi. Nәzarәtçinin ayıq-sayıqlığı sayәsindә kollektivin
daxilindә baş verәnlәrin, didişmә-çәkişmәlәrin sәsi heç vaxt
kәnara çıxmırdı. İclaslarda heç vaxt çıxış etmәzdi, sadәcә oturub,
topoqraf kimi hәr şeyi özüylә gәtirdiyi kitabçaya qeyd edirdi. Bir
dәfә, partiya tәşkilatının katibi olduğu vaxtlarda, iclas aparan
Sergey onu öz yanında әylәşdirdi. Danışa-danışa gözucu onun
“qeyd”lәrinә baxırdı. Qocanın qarşısındakı vәrәqdә qәribә-әcaib
mәxluqlar bir-birinә diş ağardır, göz-qaş elәyirdilәr. Bu şifroqram
o vaxtkı “Komsomolskaya Pravda”nın işçilәrinin beynindәki
hәrc-mәrcliyi çox gözәl ifadә elәyirdi. İclasda “Komsomolka”nın
әn yaxşı jurnalistlәrindәn birinin fәrdi işi müzakirә olunurdu:
hәmkarları onuncu sinifdә oxuyan bir qıza vurulmuşdu, ona göz
verib, işıq vermirdi. O vaxtlar belә şeylәrә yaxşı baxmırdılar –
“Lolita” hәlә rus dilindә çap olunmamışdı. Bundan sonra qәzetdә
marşal Georgi Jukovun geniş müsahibәsinin dәrc olunması ilә
bağlı qızğın müzakirәlәr başladı. Bәzi demokratik düşüncәli
yoldaşlar belә hesab edirdi ki, müsahibәdә Stalinin hәrәkәtlәrinә
bәraәt qazandırılır.

– Belә getsә, Brejnevә dә növbә çatacaq! – Narodovolçu
İnna Rudenko әsib-coşmağa başladı.

– Nә mәnada? – Rәyasәt heyәtindә, nәzarәtçinin sol tәrәfindә
oturan Saşa Pumyanski mızıldandı. – Artıq bәraәt haqqında
danışmağa başlamışıq?..

“Komsomolka”nın “Mavi zal”ında hay-küy qopdu: Leonid
İliç yenicә (növbәti dәfә) Qızıl Ulduzla tәltif olunmuş, ona
marşal vә ya Sovet İttifaqının generalissimusu adı verilmişdi.

Növbә çatdı, İnna Pavlovna, ona da növbә çatdı…
Sergey yenidәn gözücü nәzarәtçinin çәkdiyi şәkillәrә baxdı:
әcaib-qәraib mәxluqlar get-gedә daha ifadәli görkәm alırdı. Bәlkә
dә, ona görә ki, “Komsomolka”nın yaşlı qoruyucu mәlәyinin

267
   262   263   264   265   266   267   268   269   270   271   272