Page 265 - pryaxin
P. 265
Xəzər yuxuları
Sәksәn doqquzuncu ildә, MK-da işlәyәn Sergey Baş nәşriyyat
idarәsinin göndәrdiyi bir neçә kitabla tanış oldu. Kitablar
“Çeçenistan-İnquşetiya kitab nәşriyyatı”nda çap olunmuşdu.
Maraqlı kitablar idi: burada iddia olunurdu ki, çeçenlәr, nә az, nә
çox, Prometeyin törәmәlәridir, başqaları kimi, sadәdil Adәmin
yox. Bu, әlbәttә ki, onları Qafqazın bütün xalqlarından fәrqlәndirirdi,
hәlә mәn rusları demirәm. Kitablarda Şamil lәnәtlәnirdi: “O,
çeçen xalqına xәyanәt edib, çeçenlәrә heç bir aidiyyәti yoxdur.
Onun sevimli arvadı da ermәni olub” (Aidiyyәti yoxdursa, necә
xәyanәt edib? – Sergey fikirlәşmişdi). Kaluqada tәrki-dünya
olub, hәyatının sonunda öz әsarәtçisi knyaz Baryitinski ilә
dostlaşıb, rus çarına sadiq tәbәә mәktubları yazıb, әsirliyinin ilk
aylarında Poltava yaxınlığında hәrbi baxışda olan çardan “tәhqi-
ramiz hәdiyyә” – çarın portretini qәbul edib. Şamilin oğlu haq-
qında isә xoş sözlәr yazılmışdı. O, çarın icazәsi ilә Mәkkәyә
yola düşәn qoca, xәstә atasını tәk qoymayaraq, onu müşayiәt
edib, atası canını tapşırandan sonra isә Yaxın Sәrqdә qalaraq,
türk generalı kimi ruslara qarşı vuruşub…
Әsәblәri zәif olanlar üçün deyildi…
Sergey әn tәcrübәli işçisini – nәşr şöbәsinin müdirini Qroznıya
göndәrdi. Müdir yaşlı kişi idi, on yeddi yaşında könüllü olaraq
müharibәyә getmişdi, Osoaviaxim kurslarını vә dördaylıq
tezlәşdirilmiş uçuş mәktәbini bitirәndәn sonra, Tanrının kömәkliyi
ilә, “Pe-2”-dә havaya qalxmışdı. Hәrdәn Sergeyә elә gәlirdi ki,
bu yaşlı kişi hәlә dә göydәn enmәyib, şlemofonu da çıxarmayıb.
Şlem hәlә dә başındadır: istirahәt günlәrindә köhnә, yerli yürüş
velosipedinә minib (bu mәsәlәdә MK-nın katibi, akademik
Medvedyevә çox oxşayırdı), gәnclik şövqü ilә Moskvanı dörd
dolaşır. Onun bazar günü gәzintilәri hamının ürәyindәn idi. Bunu
qocanın fiziki vә mәnәvi sağlamlığının keşiyindә duran arvaddan
da çox, şöbә әmәkdaşları istәyirdilәr. Onda mitinqlәr dünyanı
başına götürmüşdü, küçәlәrә tökülüşәn adamların sayı günbәgün
artırdı. Hәr yerdә Qorbaçov әleyhinә mitinqlәr keçirilirdi:
Azәrbaycanlıların, ermәnilәrin mitinqlәri, qıtlıq (bilirsiniz, SPİD
bizdә niyә immun çatışmazlığı adlanır? Çünki sәksәninci illәrdә
hәr şey, hәtta SPİD dә qәhәtә çıxmışdı) әleyhinә keçirilәn
mitinqlәr – hamısı eyni cür qurtarırdı:
265