Page 266 - pryaxin
P. 266
rgi Pryaxin

– Qorbaçov taxtdan endirilsin!
Hәlә taxta kimi çıxardacaqlarını bilmirdilәr.
Bәlkә dә, bilirdilәr.
Mitinqlәr Köhnә meydanda, düz MK-nın binasının yanında
keçirilirdi. İndi oralara siçan da sivişib-keçә bilmәz, o vaxtlar isә
meydanlar adamlarla dolu olurdu. Başqa mәmurlar kimi, Sergey
dә arabir kütlәyә qarışır, ağzından od püskürәn insanları yola
gәtirmәyә, sakitlәşdirmәyә çalışırdı. Amma artıq insanlarla dil
tapmaq mümkün deyildi, dәrdi-sәri başından aşan adamların
çoxu hamıya, hәr şeyә qәzәbliydi, heç kәs söz dinlәmәk istәmirdi.
Mitinqlәr adәtәn Lubyansk meydanında vә Lujniki stadionunun
yanında toplanırdı. Xüsusi xidmәt orqanının “tәgyir-libas” olmuş
işçilәri hәmişә toplaşanların arasındaydı – onlarsız mitinq olar?
Onların iti gözündәn heç nә yayınmamalıydı. Amma Sergey
bilirdi ki, onların gözü, çoxdandır ki, iki tәrәfә baxır. Tәsadüfi
deyildi ki, Tәhlükәsizlik Komitәsinin sonuncu rәhbәri beşinci
idarәdәn çıxmışdı vә son illәrdә rәqib tәrәfә keçәn, satılan
işçilәrin çoxu mәhz bu idarәdәn idi: bu uşaqları ictimai kommu-
nizm-filan maraqlandırmırdı, onlar çoxdan fәrdi kommunizm
qurmaq hәvәsi ilә yaşayırdılar. Artıq onların topladığı mәlumatların
obyektivliyinә heç kәs inanmırdı. Bir bazar günü iş yerindә
oturan Sergeyә Qorbaçovun özü zәng elәdi:
– Sergey, doğrudanmı әlli min adam toplaşıb?
– Doğrudan, Mixail Sergeyeviç, – Sergey kәdәrli sәslә cavab
verdi.
Amma aşağıda, Lubyanka meydanında toplaşanların sayı
yüz mindәn az deyildi. İstәr-istәmәz, Novodvorskayanın sözlәrini
xatırladı: “Moskvada yüz min adam bir yerә toplaşsa, heç bir
hakimiyyәt davam gәtirmәz”. Amma hәlә ki, davam gәtirirdilәr.
Odlu-alovlu nitq söylәyәnlәr yox, sıravi mitinq iştirakçıları
barәdә, ümumiyyәtlә, küçәdә baş verәnlәr haqqında әn dәqiq
mәlumatları hәmişә Yevgeni Alekseyeviç gәtirirdi. Başına velosiped
şlemi qoymuş qocanı rahatlıqla hadisәlәrin mәrkәzinә buraxırdılar.
Heç kim ondan şübhәlәnmir, “qaşın üstә gözün var” demirdi –
axı o, xalqı tәmsil edirdi! Bu cür sәmimi, gülәrüz hәmsöhbәtdәn
vә qulaqyoldaşından kim imtina elәyәr?

266
   261   262   263   264   265   266   267   268   269   270   271