Page 261 - pryaxin
P. 261
Xəzər yuxuları
“özün haqqında mәlumatları yaz qoy, baxarıq”. Voronin onun
qırmızı ağacla işlәnmiş apartamentindә hirsindәn stulu vurub
aşırır (qәbul otağındakı mühafizәçi sәs-küyü eşidib özünü içәri
salır, amma idarә rәhbәri әlinin işarәsi ilә onu saxlayır) vә heç nә
demәdәn çıxıb gedir. Әli әtәyindәn uzun, Volqoqrada qayıtmaq
barәdә fikirlәşir: bәlkә, uşaqdan-böyüyә hamının üzdәn tanıdığı
Voronindәn Volqoqradda özü haqqında mәlumat istәmәyәcәklәr?
Elә bu vaxt ona iş tәklif edirlәr. Harda olsa, yaxşıdır: bankda. İki
idmançı qardaşın bankında. İkisi dә sәrbәst gülәş vә güllә atıcılığı
üzrә idman ustası. Bir vaxtlar kiçik rütbәli milis vә xüsusi xidmәt
işçilәri dә eyni vaxtda iki idman növü ilә mәşğul olurdular. Nә
isә, sәn demә, o vaxtlar hәlә gün işığına çıxmayan, quyruq әlә
vermәyәn cinayәtkar alәmin tәmsilçilәri qanunla problemi olmayan
bu iki qardaşı işә götürübmüş. Bankda onların pulları saxlanılırmış.
Cinayәtkar alәm indi-indi üzә çıxıb, heç kәsdәn qorxub-çәkinmir,
üst-başında lәkә izlәri dә görünmür: pul qәdәr tez yuyulan heç
nә yoxdur. Amma onda hәlә diribaş, az vә ya çox dәrәcәdә abırlı
sifәtlәr lazım idi ki, vitrinә qoyub arxalarından iş çevirsinlәr.
Onlar “obşak”la “cәmiyyәt”, daha doğrusu, hәbsxana kamerası
ilә hakimiyyәt arasında vasitәçi rolunu oynayırdılar. Sonralar
bәzi vitrinlәr dәbdәbәli hәyata o qәdәr öyrәşdilәr, aludә oldular
ki, kim olduqlarını unutdular vә bir-birini qırıb-çatmağa başladılar.
Hәr şey onda tәzә-tәzә başlayırdı: sevgi dә, nifrәt dә…
Voronini işlәr müdirinin müavini vәzifәsinә götürürlәr.
Bankların nә işlә mәşğul olduğunu hamı bilir: Voroninin vәzifәsi
burada izi itirmәkdәn ibarәtdir. O, rәsmi vә qeyri-rәsmi sahiblәrin,
onların azğın övladlarının eyş-işrәt mәclislәrini tәşkil etmәli,
fırıldaqlarını ört-basdır etmәlidir. İşә bax ki, mәhz bu gün cәnab
Allahın vә Voroninin uğurla qoruduğu, qeydinә qaldığı bankı
yoxlamağa, burada axtarış aparmağa gәliblәr. Dovşan qardaşlar
(Voronin stol arxasında onları belә adlandırırdı), tәbii ki, xaric-
dәdirlәr. Onlar öz şәxsi seyflәrinin açarını Voronindә qoyublar.
Qanun keşikçilәri isә mәhz bu seyflәrlә maraqlanırmış: görünür,
xәbәr verәn olub. Neylәmәli? Voronin onları seyflәrin olduğu
yerә aparır.
261