Page 262 - pryaxin
P. 262
rgi Pryaxin

– Tәsәvvür edirsiniz, qalaq-qalaq dollar dәstlәrindәn savayı,
seyflәrdәn Kalaşnikov avtomatları da çıxdı. Hәr seyfdәn bir
avtomat! Hәrәsinin yanında iki patron darağı. “Vasya, bunlar
necә gәlib bura düşüb? Külәk gәtirib?” – Voronin üz-gözünü
turşudub fәrasәtli, dәrrakәli qanun keşikçilәrini yamsıladı.

– Bu nәdir, Vasya? – Voronin tısbağa qınından düzәldilmiş
gözlüyünün üstündәn növbәylә onların üzünә baxdı. Bu istedadlı
sәhnәlәşdirmәni maraqla izlәyәn Viktorla Sergey çiyinlәrini
çәkdilәr: bilmirik…

Bir sözlә, mәlum oldu ki, Voronin bu gün gәlib çıxmaya da
bilәrdi.

– Nә deyә bilәrdim? – Fikirli-fikirli sözünә davam etdi. –
Kim bilir, bu avtomatlarla neçә adamı o dünyaya vasil ediblәr.
Nә isә, uşaqlar, bölüşmәk qanunu dadıma çatdı. Böyük qanundur.
Milislәr bilirdi ki, avtomatların yanında mütlәq pul olmalıdır.
Böyük pul… – O, titrәyәn barmağını havaya qaldırdı. – Soruşdum
ki, zәng elәyә bilәrәm? Dedilәr, Nitsaya? Hә, bu yaramazlar hәr
şeyi bilirdi. “Nә ehtiyac var? Biz sonra, onlar qayıdanda, sәnә
arayış verәrik. İstәsәn, qәbz dә verә bilәrik. Amma qәbzi almaq
üçün özlәri gәlmәlidir, kim bilir, bәlkә kalaşnikovların sәnәdlәrini
dә gәtirәcәklәr…” Bölüşmә qanunu – böyük qanundur, – Voronin
hamının susduğunu görüb, yenidәn әlini araq şüşәsinә uzatdı.

– Bәs axırı nә oldu? – Sergey soruşdu.
– Hәlәlik nәticә belәdir: akt tәrtib elәdilәr: burada avtomatların
sayı düzgün göstәrilib, amma dollar dәstlәrindәn on dәnәsi azdır.
Aktın bir nüsxәsi onlardadır, biri mәndә. “Qoy qalsın”, – dedilәr.
Neylәmәk olar? Onlara elә oradaca süfrә açdım. (Sergey öz-
özünә fikirlәşdi ki, bu cür qәliz vәziyyәtlәrdә o da belә hәrәkәt
elәyәrdi). İclasımız uzanırdı. “Uşaqlar, – dedim, – mәni gözlәyirlәr”.
“Axmaq olma, Vasya, – dedilәr, – sәni yaxşı heç nә gözlәmir.
Azadsan! – qaç, başını qurtar. Aradan çıx – sonra bizә “sağ ol”
deyәcәksәn”. Nә isә, mәclisin axırında aktların ikisini dә mәnә
verdilәr. “Xoşumuza gәldin, kişi, – dedilәr, – çox narahatsan,
sәnә tapşırılan mal-mülkün qeydinә qalırsan”. “Bәs avtomatlar
necә olsun?” – soruşdum. “Necә istәyirsәn, – dedilәr, – bizә

262
   257   258   259   260   261   262   263   264   265   266   267