Page 255 - pryaxin
P. 255
Xəzər yuxuları
gәldi – әlindә bir neçә bağlama tutmuşdu. Bütün elәdiklәrindәn
sonra ona pay da qoymuşdu. Qucaqlaşıb vidalaşdılar, bir-birinә
xoş sözlәr dedilәr, Sergeyin yolyoldaşları ilә tanış oldular. Bir az
da belә davam etsәydi, mahnı oxumağa başlayacaqdılar.
Vaqonda oturub fikirlәşirdi, onu qayğı götürmüşdü: nә
yazsın? Qadın monastırı vә ya Serafimoviçin yerli komsomolçular
tәrәfindәn himayә olunan bağı haqqında yazmaq olardı, amma
bu, rәhbәrliyi qane etmәyә bilәrdi… Briqadirә gәlincә, onunla
görüşdәn әn çox yadda qalan nәydi? Hә, mitili çıxmış şagird
portfeli. Bu portfeli yırtıq-sökük çәpәrdәn asmışdılar: mәktub vә
qәzetlәr üçün.
Sergeyi Brejnev xailas etdi, dadına çatdı.
Günlәrin bir günü kәnd tәsәrrüfatı şöbәsinin müdiri başılovlu,
özünü müxbirlәr otağına saldı. Onda Sergey bu şöbәdә xüsusi
müxbir kimi tәcrübә keçirdi. Müdirin gözlәri parıldayırdı – ikinci
qәdәhdәn sonra hәmişә belә olurdu – әlindә TASS-ın xәbәrlәr
lentini tutmuşdu.
– Sәn Kalininin yanına getmişdin? – o, Sergeyin üzünә
zillәndi, sanki ümumittifaq ağsaqqaldan söhbәt gedirdi.
– Hә, – Sergey bir anlığa özünü itirdi.
– O, qәhrәmandır! Kәnd tәsәrrüfatı işçilәri günü münasibәtilә
Brejnev fәrman imzalayıb! Mәqalәni gәtir!..
Sergey hәmin o nәhs çantanı xatırladı.
“Volqoqrad vilayәti, Serafimoviç rayonu, Rasstavanovski xu-
torunun tәsәrrüfat hesablı briqadasının briqadiri Aleksandr
Kalininin evinin ştaket hasarından asılmış әldәqayırma poçt
qutusu – köhnә uşaq çantası mәktublarla, teleqramlarla dolu ola-
caq…” – Sergey qәzetin növbәti sayında yazırdı. Belәcә, yeni
yaranmış vәziyyәti nәzәrә alan Sergeyin bәdii tәxәyyülü “mitili
çıxmış portfel”i “köhnә çanta”ya, yaşıötmüş adamın dişlәrinә
oxşayan “yırtıq-sökük çәpәr”i isә “ştaket hasar”a çevirdi.
Rayon vә kәnd yerlәrindә TASS xәbәr lentinin nә demәk
olduğunu bilmirdilәr, odur ki, ölkәnin hәr yerindәn olan iyirmiyә
yaxın әmәk zәrbәçisi ilә birlikdә, onların yerlisinә dә yüksәk
qәhrәman adının verilmәsini xutorlular sadәlövhcәsinә birbaşa
Sergeyin gәlişi ilә әlaqәlәndirdilәr. Yәni gәldi, baxıb gördü ki,
255