Page 251 - pryaxin
P. 251
Xəzər yuxuları

dirәk verdi. O, Sergeyin ezamiyyәt pullarının üstünә öz cibindәn
әlli rubl da әlavә etmişdi. Daha doğrusu, mağaza müdirinә boyun
olmuşdu ki, maaş alan kimi gәlib pulun qalanını da ödәyәcәk.

Sonra Aleksandr Serafimoviçin ev-muzeyini ziyarәt etdilәr.
Uşaq oyuncağını xatırladan kubşәkilli iki evcik şüşәbәndlә
birlәşdirilmişdi, amma Sergeyi heyrәtlәndirәn bu tikililәr yox,
onların yanındakı alma bağı idi. Bağ o qәdәr yaxşı qulluq görmüş,
elә zövqlә becәrilmişdi ki, baxdıqca baxmağın gәlirdi. Sergey
istәr-istәmәz fikirlәşdi ki, bu, dünyasını dәyişmiş sәnәtkarın әn
yaxşı әsәridir. Sonuncu yarpaqları da tökülәn ağacların budaqla-
rından, adda-budda, almalar asılmışdı. İndi onlar ikona çәrçivәsini
xatırladan әyri-üyrü budaqların fonunda iri qәndillәr kimi
görünürdü.

Bundan sonra Don çayının axarı ilә üzüaşağı yollandılar.
Şәhәrcikdәn xeyli aralıda böyük, unudulmuş, yarısı uçulub
xarabazara çevrilmiş bir qadın monastırı var. Oraya çatanda
günәş artıq qüruba enirdi. Qübbәsi çökmüş monastır mәbәdinin
divarları qurumuş qan rәngindәydi, dünyanı gәzib-dolaşandan
sonra yaşlaşıb-sakitlәşmiş, iman gәtirmiş Don baba utana-utana,
sıxıla-sıxıla sanki köhnә kilsәyә girmәk üçün icazә istәyirdi.
Viktor Sergeyi qübbәnin boş qalmış yerinә sarı uzanan mәrmәr
sütunun yanına gәtirdi. Bilinmirdi, sütun aşağıdan-yuxarı qalxır,
yoxsa yuxarıdan-aşağı sallanır? Yuxarıda günәş işığına boyanmış
qızılı toz dәnәciklәri uçuşurdu.

Sütun kәrә yağı rәngindәydi: ölçülәri o qәdәr mütәnasib,
sәthi elә hamar idi ki, onu sanki çaxmaq daşı ilә yox, nazik sapla
kәsib-düzәltmişdilәr. İstәr-istәmәz anasının yağı sapla necә kәsdi-
yini xatırladı. Günәş batdı, amma sütun hәlә dә işıqlıydı: әsrlәr
boyu canına o qәdәr nur çәkmişdi ki!

– Bunu Misirdәn gәtiriblәr. Öküzlәrlә, – arxasında dayanmış
Viktor dedi. – Әvvәlcә dәnizlә, sonra öküzlәrin kömәyi ilә.

Nә bivec insanlarıq! – Sergey fikirlәşdi. Bu qәdәr әmәk qoy,
güc sәrf elә, mәrmәr sütunu dünyanın o başından, Misirdәn (yeri
gәlmişkәn, niyә oradan – bir az yaxın yerlәrdәn tapmaq olmazdı?)
buralaracan gәtir, sonra da lazımsız әşya kimi bir kәnara tulla: bu

251
   246   247   248   249   250   251   252   253   254   255   256