Page 248 - pryaxin
P. 248
rgi Pryaxin

– Vera İzmaylovna, – qadın әlini Sergeyә uzatdı. Sonra
karıxmış halda әlavә etdi: – “Komsomolskaya Pravda”nın müxbiri
hәr gün qonaq gәlmir ki.

– Vera…
– Müәllimәdir, – ev sahibi gülümsәdi.
– İzmayılı fәth etmisiniz? – Sakit Donda olduğunu unudan
Sergey gülә-gülә soruşdu.
– Hә, fәth edib başıma iş açmışam, – qadın işvәylә cavab
verdi. Kürәşәkilli ildırım havada süzә-süzә, yırğalana-yırğalana
gәlib, Viktorun qәnşәrindә dayandı. Viktor başdan-ayağa bu
mәlahәtli-zәrif mәxluqun – kürәşәkilli ildırımın işığına boyanıb,
mәmnun-mәnun gülümsәdi. – Onu şәxsәn min yeddi yüz filan
ildә fәth etmişәm…
“Maraqlı adamlardır” – Sergey ürәyindә onlara qibtә elәdi.
– Süfrә arxasına! – ev sahibi şәn sәslә komanda verdi.
– Süfrә arxasından tәzәcә qalxmışıq ki… – Sergey әdәb
naminә etiraz elәdi, amma Viktor onun sözünü yarıda kәsdi.
– Elә süfrә olar? O, parodiyaydı! Pornoqrafiyaydı! Sәn sığın
әtinin dadına baxmısan?
– Yox, – Sergey müqavimәt göstәrmәyin mәnasız olduğunu
başa düşüb tәslim oldu.
– Buyurun, әylәşin, – Viktorun arvadı stul çәkdi. Sergey o
dәqiqә başa düşdü: Viktor kazak olmağına, kazakdır, ürәkli
adamdır, amma yәqin ki, o, gecәyarısı bu evә müәllimәnin
tәşәbbüsü ilә, әn azından, razılığı ilә gәlib. Özü dә uşağının xәstә
olmasına baxmayaraq.
Vera çoxdan qızının yanına getmişdi. Onlar isә sәhәr saat
beşәcәn oturdular. Yeyib-içdilәr, doyunca söhbәtlәşdilәr – mәlum
oldu ki, Viktorun yaxşı ov etmәyi, balıq tutmağı var – otaqdakı
kitabları gözdәn keçirdilәr. Bu, o vaxtlar idi ki, kitab mağazalarına
yeni kitablar gәtirilәn kimi, yerli nomenklatura hәrәkәtә keçir, әn
yaxşı kitabları, siyahı üzrә, özünә götürürdü. Odur ki, müxtәlif
dәrәcәli mәmurların evlәrindәki kitablar heç kәsi tәәccüblәndir-
mirdi. Viktorun kitab çeşidi Sergeyi heyrәtlәndirmişdi: Sezann,
Van-Qoq, Tuluz-Lotrek… Moskvada bu kitabları gündüz çıraqla
da tapmaq mümkün deyildi. Әvvәlcә fikirlәşdi ki, mәktәbdә

248
   243   244   245   246   247   248   249   250   251   252   253