Page 252 - pryaxin
P. 252
rgi Pryaxin

ölkә necә varlana, zәnginlәşә bilәr? Burada yalnız sakit Don
nәsә pıçıldayır, divarın o üzündә ibadәt elәyir. Nә olsun ki,
hakimiyyәt dәyişib? Torpaq ki yerindәdir, xalq da heç yana
getmәyib. Bәlkә, hakimiyyәt dәyişәndә xalq da dәyişilir? Daha
doğrusu, qeybә çәkilir, onun yerinә isә hakimiyyәtin qulluğunda
dayanan başqası gәlir?

Doxsan birinci ilә kimi xeyli vaxt qalırdı: doxsan birinci
ildәn sonra o qәdәr şeylәr unudulacaq, yaddan çıxarılacaq ki, bu
mәbәd onların yanında heç nәdir. Yeni savab işlәr, xeyir әmәllәr
gözlәyәn bütöv bir xalq tamamilә unuduldu…

– Gedәk, sәnә bir şey göstәrәcәyәm, – Viktor Sergeyin
çiyninә toxundu.

Mәbәddәn çıxdılar, özünә bağ evi tikәnlәrin kәrpic-kәrpic
söküb apardığı, uçulub-dağılmış tikililәrin vә elә hәmin vәziyyәtdә
olan, sanki gәmiricilәrin hücumuna mәruz qalmış barının yanıdan
keçib çay kәnarına endilәr. Çayın sahilindә kәrpic hörgüyә
bәrkidilmiş metal alaqapı gözә dәyirdi. Görünür, keçmiş mömin
bәndәlәr bu dәmir qapını söküb-apara bilmәmişdilәr. Yoxsa
çoxdan kiminsә qapısında paslanardı. Gizli, dar alaqapının altından
daş pillәlәr görünür – bu yol düz suyun altına aparır. Әtraf elә bu
pillәlәr kimi daşa dönmüş kötüklәr, ağac gövdәlәri ilә dolu idi,
kәnardan baxanda bu dәmir qapını görmәk mümkün deyildi.
Gövdәsini çopur basmış alma ağaclarından biri әyilib, cırlaşmış
meyvәlәrini Donun bulanıq suyunda yuyurdu. Bir pillә dә aşağı
endilәr, çәkmәlәri yarıyacan suya batdı.

– Göz yaşı pillәlәridir, – katib bәyan etdi. – Bu yerlәrin
cәhәnnәmi.

Sergey tәәccüblә onun üzünә dikildi.
– Hә dә. Axı bu, qadın monastırıdır. Kazaklar isә, mәlum
mәsәlәdir, dinc dayanmırdılar, şuluqluq elәyirdilәr – stanitsanın
qadınlarıyla tәhlükәlidir axı: ataları-qardaşları adamın başını
kәsәr. Bunlar isә Allahın fağır bәndәlәridir – itaәtkar, başıaşağı.
İsanın gәlinlәri – buraya, kimi gәldi, götürmürdülәr, hamısı boy-
buxunlu, yaraşıqlı qızlar idi. Rahibәlәr azıb dünyaya gәlmiş
talesiz balalarını gәtirib, burada Don sularına verirdilәr. Bu sular
nә qәdәr günahsız körpәni axıdıb aparıb, Dona nә qәdәr göz
yaşları qarışıb, bilirsәn?

252
   247   248   249   250   251   252   253   254   255   256   257