Page 254 - pryaxin
P. 254
rgi Pryaxin

– Bax mәnә de görüm, – Sergey çaşqın, karıxmış katibin
pencәyinin düymәsindәn tutdu, – niyә “düşüncәsiz”? Sәnә elә
gәlmirmi ki, klassik burada nala-mıxa vurur: axı xәzәrlәr ağıllı-
düşüncәli xalq olub. Fikir ver: hadisәlәr bu yerlәrdә cәrәyan
edib. “Azğın” sözü dә yerinә düşmür, o zamanların şәrtlәri
başqaydı.

“Öz atının ucbatından öləcək-sə-ə-ən”

Bunu artıq maşında – üzәrinә brezent çәkilmiş dәmir atın
belindә oxuyurdular. Sergey istәr-istәmәz vaxtilә körpünün üstün-
dә başına gәlәn macәranı xatırladı – “dәmir at” onu az qala o biri
dünyaya vasil edәcәkdi.

– Nala-mıxa vurur… – Sergey, sehrlәnibmiş kimi, hәlә bir
müddәt bu sözlәri tәkrarladı. – Bu, rus ziyalılarının çoxdankı
mәrәzidir: vaxtilә Napoleonla bağlı nә qәdәr yanlış tәsәvvürlәr
vardı, imperator Birinci Aleksandrı özündәnrazı, lovğa, әmәyin
düşmәni, tәsadüfәn şöhrәtә çatmış adam hesab edirdilәr… Olur
belә şeylәr, olur, klassiklәr dә insandır, sәhv edә bilәr…

Viktor paytaxt ziyalısının fikirlәrini nәzakәtlә dinlәyir,
susurdu. Deyәsәn, deyilәnlәr ağlına batmırdı.

Mәşhur briqadirin yanına gәldilәr. Onunla birgә iki gün
tarlaları, әkin yerlәrini gәzdilәr. Bu iki gündә böyük dirriyin
ortasındakı böyük kәnd evindәn (briqadirin külfәti böyük idi,
gәlәcәk üçün briqada yetişdirirdi) әtrafa yayılan mahnı sәdaları
bütün kәndi başına götürürdü. Briqadirin evi kәndin radio
qovşağını xatırladırdı. Ev sahibi ilә Viktor yaxın dost idilәr, bunu
onların sәs-sәsә verib şövqlә mahnı oxumalarından da bilmәk
olardı. Mahnı oxumağa başlayanda, qonşulardan da gәlib onlara
qoşulanlar olurdu. Hәm ziyarәt, hәm ticarәt – hәm paytaxtdan
gәlmiş müxbirlә söhbәtlәşir, hәm dә birgә yeyib-içirdilәr.

Geri – Moskvaya qayıdarkәn qәribә hisslәr keçirirdi: öz-öz-
lüyündә vilayәtlә tanışlığı pis keçmәmişdi. Amma bunu “tanışlıq”
adlandırmaq olardımı? Viktor onu Mixaylovkaya, dәmiryolu
stansiyasına gәtirib vaqona ötürdü, bir azdan özü dә kupeyә

254
   249   250   251   252   253   254   255   256   257   258   259