Page 233 - pryaxin
P. 233
Xəzər yuxuları
qurultaya nümayәndә seçilmәmişdi. O vaxtlar Sergey Sov.İKP
ideologiya şöbәsi müdirinin müavini vәzifәsindә işlәyirdi. Voronin
isә bir il idi ki, tәşkilat şöbәsinin mәsul işçisi vәzifәsindә çalışırdı.
Bir vaxtlar Kuliçenkonun onun üçün müәyyәnlәşdirdiyi hәdәfә
doğru gözüyumulu gedirdi. Әvvәllәr köhnә Moskvanın әn tutumlu
mehmanxanası kimi tanınmış binaya (“Rossiya” sığorta
cәmiyyәtinin kontoru da burada yerlәşirdi) sonradan piramidaya-
bәnzәr ona yaxın tikili dә әlavә olunmuşdu. Hәmin binada yerlә-
şәn Mәrkәzi Komitәnin qәribә bir özәlliyi vardı. Müxtәlif şöbә-
lәrdә işlәyәn insanlar illәrlә bir-birini görmәyә bilәrdi. Doğrudur,
Sov.İKP-nin son dövrlәrindә işçilәr vaxtlarının çoxunu siqaret
çәkilәn otaqda keçirirdilәr. İlk növbәdә, sıravi işçilәr nәzәrdә
tutulur, şәxsi tualeti olmayanlar. Nә qәdәr qәribә dә olsa, Sovet
İttifaqında insanın sosial statusu çox zaman onun şәxsi tualetinin
olub-olmaması ilә müәyyәnlәşirdi. Sosial iyerarxiyanın yuxarı
pillәsindә olanlar ayrıca toplaşırdılar: sonuncu ildә şöbә müdirlәrinin,
bәzәn dә MK katiblәrinin otağında keçmiş baş katiblәrlә birgә
nahar etmәk dәbә minmişdi. Artıq öz otaqlarında rahat otura
bilmirdilәr, iki-iki, üç-üç qruplaşıb son xәbәrlәri bölüşür, gәlәcәk
hadisәlәr barәdә proqnozlar verirdilәr. O cümlәdәn dә öz gәlәcәklәri
barәdә.
Qәdәh toqquşdurmağı da yaddan çıxarmırdılar. DTK-nın
kiçik rütbәli şәxsi heyәtinә tәhkim olunmuş, MK-nın dәhlizlәrindә
sәssizcә hәrәkәt edәn, Mariya-Antuanettaya bәnzәyәn yaraşıqlı
ofisiant qızlar otaqlara apardıqları sinilәrin üstünә artıq kraxmallı
dәsmal yox, daha böyük, daha enli örtük sәrirdilәr: sinilәr çox
qabarıq görünmәsin deyә.
Düzdür, katiblәrin ümumi apartamentindә fәrdi mәtbәx üçün
xüsusi yer ayrılmışdı. Şәxsi aşpazların kabinetә apardığı sini
dәhlizdә şüalanmaya mәruz qalmırdı. Amma katiblәr dә (köhnә
tәriqәtçi Yeqor Liqaçovu nәzәrә almasaq) altdan-altdan içirdilәr.
Onların tәrkibi nisbәtәn gәnclәşәndәn sonra keçmiş tacir mehmanxa-
nasında antidepressant kimi daha çox araqdan yox, viskidәn
istifadә olunurdu.
Rusiya insanı isә, istәr müdir olsun, istәrsә dә milli azlığı
tәmsil edәn başqa birisi, heç vaxt tәklikdә içmir. Heç vaxt.
233