Page 229 - pryaxin
P. 229
Xəzər yuxuları
sürәtli çay nәqliyyat vasitәlәrindә sәyahәt etmәyi xoşlayırdı. Bir
dәfә mәhz “Raket”dә, sübhçağı yola düşәn paroxodda Saratovdan
Xvolınska getmişdi – oradakı alma bağları barәdә mәqalә yazmalı
idi. Geriyә, Saratova da elә hәmin paroxodda qayıtdı. Volqanın
sakit sularına qaraçı iynәsi kimi sancılan “Raket” üç-dörd saata
onu Saratova çatdırdı. İndi bu itisürәtli, ucuz başa gәlәn nәqliyyat
vasitәsi, demәk olar, heç yerdә qalmayıb. Qalanlardan da restoran
vә kazino kimi istifadә edirlәr. Petrov-Vodkinin vә Suslovun
vәtәni olan Xvolınskın mәşhur bağları da, deyilәnә görә, yox
olmaq üzrәdir: başqa zәmanәdir, indi başqa meyvә sortları vә
sortsınama mәntәqәlәrinin yaradılması tәlәb olunur. Çayın özü
dә bәrәkәtini itirib, artıq minlәrlә, on minlәrlә insanın çörәk
qazandığı ticarәt arteriyası deyil, çay kәnarındakı qayalıqlarda
mәskәn salmış uzunqanadlar kimi, insanlar da bu yerlәri tәrk
edib, federal avtomobil yollarının yaxınlığında mәskunlaşıb –
dolanışıq naminә. Rusiya kәndlisi uşaqdan-böyüyә yolların kәnar-
larına çıxıb, gәlib-gedәnlәrin xidmәtindә dayanıb. Yolboyu sıra-
lanan sәliqәsiz meyxana vә pivәxanalar cılız Potyomkin kәndlәrini
xatırladır, yolçuları cәlb edәn aşxana qoxusu әtrafa yayılır. Bu
biznesin sahiblәri, bir qayda olaraq, ilkin kapitalını qohum-әqrә-
badan toplamış çevik, diribaş qafqazlılar vә asiyalılardır. Ruslar
vә ya ağır tәrpәnişli mordvalılar isә biznesә müvafiq yerli kolorit
verir. Şәhәrin rәqabәtәdavamlı vitrinini tәşkil edә bilәcәk hәr
şeyi – öz genofondunu Böyük Yolun kәnarına çıxarmış insanlar
bu gözüdoymaz biznesin qulluğunda dayanıb.
Qırx il әvvәl çayın altında da, üstündә dә hәyat qaynayırdı:
mintonluq barjlar, quru mal daşıyan gәmilәr, elm vә texnikanın
son nailiyyәtlәrini özündә әks etdirәn turist, sәrnişin vә marşrut
gәmilәri (o vaxtlar sәyahәt edәn insanların sayı indikindәn qat-
qat çox idi). İnsanların harasa getmәk, hәrәkәt etmәk imkanı
vardı. İndi isә ölkә, yeriyә bilmәyәn xәstәlәr kimi, oturduğu
yerdәn qalxa bilmir, adama elә gәlir ki, indicә altını batıracaq.
Qohumluq әlaqәlәri dә itib, hamı bir-birinә yadlaşıb. Sәbәbi isә
çox sadәdir: sadә zәhmәtkeş insanın uzaq yola çıxmaq imkanı
yoxdur (әslindә onları “zәhmәtkeş” dә adlandırmaq olmaz, çünki
çoxu işsiz-gücsüzdür). Yarıyacan suya batmış neft tankerlәri,
229