Page 223 - pryaxin
P. 223
Xəzər yuxuları
“proqramlaşdırılmış” maşının zәrbәsi öz işini görürdü: sanki
Sergeyi dәyişdirmişdilәr. Oğlanın işlәri yağ kimi gedirdi, elә gün
olmurdu ki, dәrslәrindәn “beş” almasın. Necә deyәrlәr, Neva öz
mәcrasından çıxmışdı, tunc atlını xilas etmәyin vaxtı idi, vaxtından
әvvәl pionerә qәbul edilmiş uşaqlar kimi, sinfә girәndә әlini
qaldırır, dәrslәr qurtaranadәk aşağı salmırdı. Onu evlәrinә aparan
qızı lövhәyә çağıranda belә, Sergeyә işarә edib deyirdi:
– Marya Petrovna, yaxşısı budur, ondan soruşun!
Sergeyin birdәn-birә canlanması qızı da hәrәkәtә gәtirmişdi.
Qız fәxr edirdi, çünki Sergeyin qazandığı uğurlarda onun da payı
vardı. Hәr halda, belә fikirlәşirdi: vurma cәdvәlini birgә öyrәn-
mişdilәr. Sergey artıq әla qiymәtlәrlә oxuyurdu. Marya Petrovna
qabaqcıl müәllim idi, yenidәnhazırlanma vә ixtisasartırma kursunu
(hәrbi komissarlığa aidiyyәtı olmasa da) yenicә bitirmişdi. Şagirdi
әla qiymәt alanda, sadәcә gündәliyә qeyd etmәklә kifayәtlәnmirdi –
hәm dә qiymәti “nağd” olaraq verirdi. O vaxtkı böyük, beşmanatlıq
әsginası xatırladan karton parçasının hәr iki tәrәfinә rәqәmlә “5”
yazıb tәntәnәli şәkildә şagirdә tәqdim edirdi. Karton parçasının
üzәrindә “ölkәnin baş xәzinәdarının imzası” da olurdu: Mar
Petrovna. Mar Petrovnanın әsginasları Xruşşov-Malenkovun
beşliklәrinә bәrabәr tutulsaydı, Sergeyin anası quşçuluq fermasında
işlәmәyin daşını atardı.
Boş-bekar oturmağa öyrәşmәmiş anası – qardaşıgildә paltar
yumaq, evi sәliqәyә salmaq işdir bәyәm? – dәrslәrdәn sonra onu
mәktәbin hәyәtindә gözlәyirdi. Nikolanın mәktәbi ilә müqayisә
olunmayacaq dәrәcәdә böyük, ehtişamlı binanın içinә girmәyә
ürәk elәmirdi. Sergey qaça-qaça pillәkәndәn enib әlindә yelpik
kimi tutduğu “beşliklәr”i anasına tәqdim edirdi.
– Mәnimkilәri dә götürün, – bir dәfә Sergeyin rәfiqәsi onlara
yaxınlaşıb, öz “5”-lәrini qadına uzatdı.
Oğlanın anası ürkәk nәzәrlәrlә bu göydәndüşmә, ilahi varlığa,
onun әlindәki әlaçı kartlarına baxdı.
– Sağ ol, – qadın kartları götürüb minnәtdarlıq elәdi.
– Sağ olun, – qız cavab verdi. Birlikdә gülmәyә başladılar.
Ölkә kosmosu yeni-yeni fәth etmәyә hazırlaşırdı. Amma
Marya Petrovna bu mәsәlәdә hamını qabaqlamışdı. Onun divara
223