Page 216 - pryaxin
P. 216
rgi Pryaxin

uzanan bu yolla gәtirmişdilәr. Çay axınına әks istiqamәtdә yol
yuxarıya qalxır, üzüaşağı gedәndә isә Budyonnovska çıxırsan.
Yol maşınına minib oğlanın kәndi istiqamәtindә irәlilәmәyә
başladılar. Keçәn dәfә Sergeyin tәkbaşına gәldiyi yerdәn xeyli
uzağa getdilәr. Yoldan kәnara çıxan kimi hәyәcandan Sergeyin
ürәyi bәrk-bәrk vurmağa başladı: onların qarşısında qamış kolları
ilә әhatәlәnmiş sakit su hövzәsi vardı. Amma dayısının sözlәri
onu mәyus etdi:

– Sotnikov su anbarıdır.
Dayısının bir әlindә yürüş çantası vardı, o biri әliylә Sergeyin
әlindәn tutmuşdu, sanki bacısı oğlu başılovlu qaçıb qarşıdakı su
anbarına baş vura bilәrdi.
A-a-a… Ana Çay deyilmiş. Elә-belә, ortabab su anbarı. Sәn
demә, Suxayanın miskin, sısqa suları axıb buraya tökülürmüş.
Tәxmin etmәk olar ki, körpünün üstündә ona kәllә vuran “dәmir
keçi” bir az da sürәtli olsaydı, onunla baş-başa gәlәn Sergey çaya
yıxılar, bәdәni düz bu su anbarınacan sürüklәnәrdi.
Onlar Suxaya Buyvolanın mәcrasında qurulmuş torpaq bәndin
yanına gәldilәr. Böyük su anbarı mәhz bu bәndin sayәsindә
әmәlә gәlmişdi. Toxaclanıb bәrkidilmiş torpaq bәndin aşağı
hissәsindә dәmir boru gözә dәyirdi – illәrlә yığılan suyun artığı
bu borudan axıdılıb kәnarlaşdırılırdı. Odur ki, bundan sonra çay
dağların әriyәn buzu vә bulaqlardan bәhrәlәnә bilmir, adi boru
suyu kimi yoluna davam edirdi. Buyvol gölünә çatana kimi, çay
qamışlıqlardan vә süd otu basmış düzәngahdan keçmәliydi. Kiçik
çaydır, amma gör keçib-getdiyi Xәzәr çöllәrindә nә qәdәr yer
adları qoyub. Düzәngahdan keçәndәn sonra çay başqa bir bәndi
(bu dәfә betondan salınmış) dә aşmalı, Kumaya axıb-tökülәn
çirkab sularına qarışıb axmalı idi. Nәhayәt, Podmanok vә Manıç
çaylarını da özünә qatandan sonra çay Xәzәr dәnizinә çatır.
“Kum” adlı qәdim, müqәddәs, hәrbi mәqsәdlәrlә salınmış
şәhәr var. Çayın adı, yәqin ki, şәhәrin adından da qәdimdir.
Böyük ehtimalla, müqәddәs şәhәrin dә, çayın da adı türk
sözündәndir, “hәqiqәt” demәkdir. Artıq bütün hәqiqәtlәr öz-
özlüyündә çay kimidir…

216
   211   212   213   214   215   216   217   218   219   220   221