Page 212 - pryaxin
P. 212
rgi Pryaxin

çalışsa da, bu, arzu olaraq qalırdı. Sergey heç vaxt lazımi mәqamda
oyana bilmir, yerindәn dik atılıb, özünü vedrәyә çatdırmalı olduğu
halda, şirin-şirin yatırdı. Özünü vaxtında çatdıra bilmirdi.

Qarma-qarışıq gecә sәslәrinin içindә onun uşaq tenoru güclә
eşidilirdi, çünki bu sәs mis borulardan gәlmirdi. Gecәnin bir
alәmindә boğulan şahzadәnin sәsi kimi, qırışmış isti mәlәfәdәn
keçib gәlirdi.

Sergey öz evlәrindә bu xәstәlikdәn әziyyәt çәkmirdi. Sobadan
yanan saman çöpü vә ya közәrmiş quru ağac parçası götürüb,
qaranlıq havada oynadanda, anası deyәrdi: “Közlә oynama, gecә
altını batırarsan”. Amma heç nә olmurdu. Ona indi dә elә gәlirdi
ki, bu işi әn münasib yerlәrdә lazımi şәkildә görür. Mәsәlәn,
hәyәtdәki qoca tut ağacının altında. Ya da şırnağı birbaşa qoca
köpәk Palmanın qara-çәhrayı ağzına yönәldir. Vәfalı it dә sidik
şırnağını ağzıyla tutmağa çalışır. Birlikdә uğunub gedirlәr. İt ağır
başını bir az da yuxarı qaldırsa, әliylә istiqamәt verdiyi balaca
lülәyi onun ağzına keçә bilәrdi. Amma qoca Palmaya yalnız
parıltılı, isti damcılar lazımdır, ona görә dә uzun, nazik dilini
çıxarıb onları tutmaq istәyir. Oğlanın ona diqqәt yetirdiyini
görüb, sevincindәn atılıb-düşür.

Öz evlәrindә dәhlizә vedrә-filan qoymurdular. Sergey gecә-
yarısı, qorxusuz-hürküsüz, evdәn çıxıb öz işini görürdü. Tәnbәlliyi
tutanda isә evdәn çıxmağa da ehtiyac qalmırdı, elә kandarda
dayanıb, ulduzlara baxa-baxa ehtiyacını ödәyirdi. Bu vaxt hәyәtin
hansısa qaranlıq küncündәn şütüyüb çıxan Palma gәlib bir tәrәfdә
oturur, o da Sergey kimi başını qaldırıb, ulduzları sayırdı. Amma
onun saydığı ulduzlar sәmada sayrışmır, kandardan qaranlığa
axırdı. Qәribәydi, Sergey nә dayısına, nә dayısı arvadına, nә dә
әlaçı qıza deyә bilmirdi ki, ilk gündәn başına gәlәn bu biabırçı
hadisә öz-özünә baş vermir.

– Oğlum!.. – anasının mehriban sәsini eşidirdi – bu, ona
siqnal kimi tәsir göstәrirdi. Xoşbәxtlik siqnalı: bu zaman şam
kimi әrimәyә başlayırdı – nәticәdә dayısı arvadının mәlәfәsi
batırdı.

– Oğlum… Balam…
Әn qәribәsi isә bu idi ki, anasından ayrı düşәndәn sonra kişi
sәsi dә eşidirdi. Qalın, amma şәfqәtli kişi sәsiydi.

212
   207   208   209   210   211   212   213   214   215   216   217