Page 203 - pryaxin
P. 203
Xəzər yuxuları

Әdalәt naminә demәliyәm ki, kiçik uşaqları ilә birgә ondan
da az yaşadı. Amma nәdәnsә kiçiklәri onun kimi әzizlәyib,
başlarına çıxarmırdılar.

Anası “könüllü vergi” kimi (yalnız Rusiyada hakimiyyәt bu
cür riyakar vergi qoya bilәr: özünә vergi kәsәn axmaqları başqa
harada tapa bilәrsәn?) hәr il dövlәtә bir dana verirdi. İlboyu
heyvanı bәslәyir, böyüdür, növbәti baharda öz әllәri ilә aparıb
tәhvil verirdilәr. Özü dә elә-belә, әvәzindә onlara qara qәpik dә
vermirdilәr. Ayağını dirәyib hәyәtdәn çıxmaq istәmәyәn heyvanı
anası ah-vayla, son mәnzilә ötürürmüş kimi yola salırdı. Әslindә,
doğrudan da, belәydi. Sergey isә dananın arxasınca gedirdi.
“Öküzün quyruğunu burmaq” – o, bu ifadәnin hәm müstәqim,
hәm dә mәcazi mәnasından xәbәrdar idi.

Qırx dörd yox, doxsan dörd il dә ömür sürsәydi, bu cür
vergilәr ödәmәyә mәcbur olan anası heç nә artıra bilmәzdi.

Sergeyin tәsәvvüründә dövlәt hardasa kәnd mağazası tәrәflәrdә
yerlәşirdi – qaşqabaqlı, hirsli kәndlilәr “könüllü vergi”ni mәhz
buraya gәtirirdilәr. Burada danaları qәbul etmәk üçün xüsusi yer
ayrılmış, әtrafı şalbanlarla hasarlanmışdı. Kәndlilәr tәsәrrüfat
vergisi üzrә nümayәndә Maninin simasında dövlәti söyüb-
yamanlayır, müvәqqәti dә olsa, ürәklәrini boşaldırdılar. Balacaboy,
gözlüklü Manin bir suyundan Babelә oxşayırdı, elә onun kimi,
qoltuğunun altında qalın qovluq gәzdirirdi. Yaxın keçmişdә
sürgünә göndәrilәnlәrin mәskunlaşdığı bu kәnddә hökumәtin
ünvanına sәrt ifadәlәr işlәtmәkdәn çәkinmirdilәr.

Kәnd mağazasının hәyәtindәn ayaqlarını sürüyә-sürüyә,
arxaya boylana-boylana qayıdırdılar. Kәndlilәrin bir gözü arxada
qalırdı. Qalın dirәklәrә bağlanmış danalar boyunlarını sәkkiz
yaza-yaza uzaqlaşan, arabir dönub arxaya boylanan sahiblәrinin
(artıq onların ümumi sahibi acgöz, doymaq bilmәyәn Dövlәt idi)
ardınca uzadır, kәdәrlә böyürüşürdü. Yәqin, öz dillәrindә onlar
da söyürdü.

Sergey günlәrin bir günü öküzә minib, Dövlәtin yanına
getmәk arzusundaydı. Onların kasıb tәsәrrüfatında dәvә olsaydı,
dәvәyә minib getmәk daha yaxşı olardı. Bahar günlәrinin birindә
anası tәslim oldu. Onda Sergeyin altı yaşı vardı, hәlә mәktәbә
getmirdi. Heç kәs görmәsin deyә qadın sübh tezdәn qalxıb öküzü

203
   198   199   200   201   202   203   204   205   206   207   208