Page 202 - pryaxin
P. 202
rgi Pryaxin

Elәdir, anasından ayrı düşәndәn sonra başına qәribә hadisәlәr
gәlirdi. Anası ilә vidalaşdığı günü tez-tez xatırlayırdı. Әllәrini
sinәsindәn ayırmayan qadın üstüaçıq avtobusun qaldırdığı tozun
içindә görünmәz oldu: elә bil bu yastı-yapalaq avtobusun arxasına
paraşüt qoşmuşdular, sanki tozlu-torpaqlı, fani yer üzünә yenicә
enmiş “şattl” vә ya “buran” idi.

Sergey mürgülәmәyә başladı, amma yenә dә sәslәr kәsilmәk
bilmirdi.

Dәrslәrini çatdırmır! Yaşadığı ailә, doğrudan da, savadlıdır.
Bax, Sergey dayı topçu-serjant mәktәbini bitirib, bundan sonra
düz yeddi il müharibә mәktәbini keçib (qaubitsanın arpacığından
qonşu yapon әrazilәrini müşahidә elәyib), bu azmış kimi, evә
dönәndәn sonra avtomexanika mәktәbindә oxuyub.

Katya xala, doğrudan da, savadlıdır, mühasibatlıq texnikumunu
qurtarıb, bununla kiayәtlәnmәyib, üstәlik, tibb bacısı kursunu da
bitirib. Onların Sergeydәn üç yaş böyük qızı Nina әla qiymәtlәrlә
oxuyur. Әlindәn heç bir iş gәlmәyәn tәkcә Seryoqadır, elmә-
biliyә zәrrә qәdәr dә maraq göstәrmir, Nikolada qonşu qız Larisa
Buleykayanın öyrәtdiyi xırda-para şeylәri dә unudub.

Amma Nikolada oxumaq üçün ürәyi gedirdi – Mixaylo
Lomonosov kimi. Әlli üçüncü il, sentyabrın birindә Lariska
Buleykinanın çantasını yellәyә-yellәyә mәktәbә sarı qaçdığını
görәndә evdә bir hay-küy qopardı ki, gәl görәsәn. Ağladı, özünü
yerә vurub, döşәmәnin üstündә fırlanmağa başladı – o da mәktәbә
getmәk istәyirdi. Әvvәlcә anası onun hәrәkәtlәrinә gülür, başından
elәmәyә çalışırdı – Lariska sәndәn böyükdür axı, ay axmaq –
sonra başa düşdü ki, bu işi gülüş-zarafatla yoluna qoymaq ol-
mayacaq: ağlamaqdan oğlanın gözlәri şişmiş, rәngi göyәrmişdi.
Ümumiyyәtlә, anası üzüyumşaq qadın idi, Sergeyin hәmlәvarı
şıltaqlıqlarının qarşısında dayana bilmir, bәzәn әn cәfәng istәklәrini
dә yerinә yetirmәyә çalışırdı. Qadın sanki onun göydәn düşmәdiyini
unutmuşdu: sadә kәndli hәyatının bütün çәtinliklәrinә baxmadan,
onu bacardığı qәdәr әzizlәmiş, qayğısını çәkmiş, әrköyün
böyütmüşdü. Buna yalnız bir şey haqq qazandıra bilәrdi: böyük
oğlu ilә birgә yaşamaq, gözüdolusu sevinmәk ona nәsib olmaya-
caqdı.

202
   197   198   199   200   201   202   203   204   205   206   207