Page 204 - pryaxin
P. 204
rgi Pryaxin

yemlәdi. Bundan sonra yuxulu heyvanı hәyәtdәn çölә çıxardılar.
Anası oğlunu bәdbәxt öküzün belinә mindirdi. Oğlan heyvanın
belinә oturan kimi, qurcuxmağa başladı, öküzün – Vaskanın bel
sümüyü Seryoqanın yumşaq yerini (adı “yumşaq yer”dir, әslindә
bir dәri, bir sümük idi) incidirdi. Rahat oturmaq mümkün deyildi,
üstәlik, Vaskanın boynundan savayı, yapışmağa heç nә yox idi.
Göz yaşlarını saxlaya bilmәyәn anasından vә növbәti beşilliyin
qurbangahına, kütlәvi edam meydanına yollanan Vaskadan fәrqli
olaraq, Sergey çox xoşbәxt görünürdü.

Yaxşı ki, agent Manindәn başqa, meydanda hәlә heç kim
gözә dәymirdi. Sәn demә, Manin tәkcә zahiri görkәminә görә
Babelә oxşamırmış.

– Necә çәkәcәyik? – bu qәribә yürüş iştirakçıları meydançaya
yaxınlaşanda Manin soruşdu. – Oğlanla birlikdә?

Anası göz yaşları içindә gülümsündü: dövlәtә vaxtından
әvvәl daha iki pud әt vermәk imkanı yaranmışdı – canlı da olsa.
Bәlkә, öküzün çәkisinә iki pud da әlavә etsә, nәhayәt, dövlәt
onun yaxasından әl çәkәr? Amma dövlәtin gözünü-qarnını doyur-
maq mümkün deyil.

Bәlkә, onu da tәhvil versin, yükü başqalarının çiyninә qoysun;
belәcә, sәhәrin toranlığında Sergey, öküzlә birgә, yaxınlıqda –
Budyonnovskda yerlәşәn әt kombinatına qәdәr yol gedәr, ya da
әbәdi şöhrәtә qovuşardı. Yeri gәlmişkәn, çoxları mәhz әt maşınından
keçәndәn sonra әbәdi şöhrәtә çatır.

Öküzü tәhvil verdilәr – Sergeyi bir müddәt keçәndәn, altı
ildәn sonra verәcәklәr, bu dәfә anası yanında olmayacaq.

Anası bu dәfә dә Sergeyin tәlәblәrinә biganә qala bilmәdi.
Öz mәşhur çörәyini bişirmәk üçün şәnbә günlәrindә xәmir
yoğurduğu tәknәni yuyub-tәmizlәdi, Sergeyi tәlәm-tәlәsik çimizdirib
geyindirdi vә mәktәbә apardı. Oraya çatanda uşaqlar mәktәbin
hәyәtindә sıraya düzülmüşdü. Kәndә yeni gәlmiş direktor qadın
durmadan komanda verirdi. Kәnddә hamı bu qadından çәkinirdi,
tәkcә ona görә yox ki, doğrudan da, çox tәlәbkar vә ciddi idi
(vәzifәsinә uyğun olmayan cavanlığının tәәssüratını pәrdәlәmәk
üçün?), hәm dә ona görә ki, uşaqlarının da nәsildәn-nәslә keçәn
savadsızlığa düçar olmasını, avamlıq xәstәliyinә yoluxmasını

204
   199   200   201   202   203   204   205   206   207   208   209