Page 198 - pryaxin
P. 198
rgi Pryaxin

– Sәn mәnim әn lәzzәtli bulkamsan, – oğlan mülayim sәslә
davam edirdi. – Amma sәni heç vaxt satmaram.

– Axı sәni öldürәcәklәr! – oğlanın onunla tez-tәlәsik vidalaş-
mağının sәbәbini bilәndәn sonra qızın ağzından çıxan ilk sözlәr
bu oldu. Yalnız bu sözlәri deyәndәn sonra ağlayıb-sıtqamağa
başladı.

– Axı sәni öldürәcәklәr!
Qız qarasaçlı oğlanın başını qucaqlayıb ağlayırdı, sanki әlindә
onun artıq kәsilmiş başını tutmuşdu. Qızın әzablı hönkürtüsü
oğlanı da kövrәltdi, bir anlığa canında üşütmә hiss etdi.
Ağsaqqallarla gizli görüşdәn üç saat keçmişdi, amma o qәdәr
hәyәcanlıydı ki, qızın dediklәri hәlә dә ona çatmırdı. Onu
ağsaqqallarla görüşә adi çörәkçi kimi, tәsәrrüfat işçilәrinin istifadә
etdiyi qapıdan, mәtbәxdәn keçirdib gәtirmişdilәr.
Üç saat idi ki, silahlı xәfiyyәlәr, casuslar onu qarabaqara
izlәyirdi. Bir saat da keçәndәn sonra sakit rus ailәsi çoxmillәtli
İtildәn yoxa çıxarıldı. Bunu dәrhal xaqana xәbәr verdilәr ki, bu
romantik macәranı hәmişәlik yadından çıxarsın.
Әlli yaşında xaqan olmağa nә var, çәtini on doqquz yaşında
hakimiyyәtә gәlmәkdir. Yuxusuz gecәlәrdә, gözünü qırpmağa
belә ürәk elәmәyәn növbәti gözәlin yanında uzanarkәn, bu fikirlәr
xaqana rahatlıq vermirdi. O, bunu bütün xaqanlığın düşdüyü
tәhlükәli anabioz kimi qәbul edirdi.
Onun hәlә doğulmamış ilk oğlunu hara aparmışdılar: şimala,
yoxsa o biri dünyaya? Artıq xaqan bunu heç vaxt bilmәyәcәk…
Şübhәsiz, qırx beş illik xaqanlıq mәsәlәsindәn rusun xәbәri
vardı. İstәsә, deyә bilәrdi ki, bәzәn cәrәyan edәn hadisәlәr
müәyyәn olunmuş müddәti gözlәmәyә imkan vermir – odur ki,
sakitcә oturub gözlәmәyә ehtiyac yoxdur, hәrәkәtә keçib, hadisәlәri
özün yönlәndirә bilәrsәn. Amma dilindәn başqa sözlәr çıxdı.
– Düzgün qәrar qәbul etsәn, әbәdi, ölümsüz ola bilәrsәn, –
gözünü xaqanın gözündәn çәkmәyәn slavyan dedi. Xaqanın
zәhmli baxışlarından gözünü yayındırmadı. Xaqan isә belә şeylәrә
öyrәşmәmişdi.
– Boş-boş danışma, qoca! – xaqan onun sözünü kәsdi. “Qoca”
ondan vur-tut on yaş böyük olardı. – Heç günәş dә әbәdi deyil.

198
   193   194   195   196   197   198   199   200   201   202   203