Page 173 - pryaxin
P. 173
Xəzər yuxuları

***

…Bir neçә quş vurmaqla kifayәtlәndilәr. Trotski nә barәdәsә
fikirlәşir, nәyisә götür-qoy edirdi. Çәkmәçi kәtilindә oturub
xәyala dalır, sonra ağır-ağır ayağa qalxır, “zauer”ini götürüb
çadırın әtrafında dolaşırdı. Sanki çadırdan çox uzaqlaşmağa ürәk
elәmirdi. Bu şәraitdә bәlәdçi dә özünü naqolay hiss edirdi –
quşlara atәş açıb gәrginliyi daha da artırmaq istәmirdi. O, vaxt
öldürmәk üçün quşları yolub-tәmizlәdi vә çadırın yanına qoyub
üstünü yovşanla örtdü. Ertәsi gün bәlәdçi primusdan istifadә
etmәdәn ocaqda yemәk hazırlamaq üçün Trotskidәn icazә istәdi. Bax-
mayaraq ki, әvvәl-әvvәl primus onda böyük maraq doğurmuşdu –
sanki indiyәcәn görmәdiyi yeni tüfәng markası idi.

Tәkrar edirәm, mәnә Leonid İliç Brejnevin kreslosunda
oturmaq nәsib olub. Brejnev Zavidovadakı taxta qüllәdә (burada
yalnız lift çatmırdı) oturub elә buradaca yetişdirilmiş qabanları
vururmuş: hakimiyyәtdә olanların qocalıq dәrәcәsi, heyvanlara
güllә atarkәn belә, rahatlığa meyil etmәsi ilә ölçülür:

Nә isә, Trotski bәlәdçiyә icazә verdi.
– Doğrudan da, lәzzәtli alınıb, – o, yemәkdәn bir qaşıq dadıb
razılığını bildirdi.
Birlikdә araq da içdilәr. Trotski, hәtta yaxşıca yatıb dincәlmiş
sürücüyә dә araq tәklif etdi.
– Quşları özünә götür. Evinә apar, – әşyalarını “byüik”ә
yüklәyәrkәn, Trotski bәlәdçiyә dedi.
Hәr şey çox xrestomatik görünürdü: Lev Davidoviç özünü
eynәn Vladimir İliç kimi aparırdı: hakimiyyәtdәkilәr ov zamanı
hәmişә xeyirxahlıq nümayiş etdirmәyә, başqalarının dәrdinә şәrik
olmağa çalışır: Brejnev dә ovladığı heyvanların zәhәrlәnmәmiş
әtini potensial düşmәnlәrinә göndәrirdi.
Maşın Svyatoy Krestә doğru istiqamәt götürdü: ola bilsin,
Trotskinin sürücüsü dә “byüik”lә birgә, yerli knayzlardan müsadirә
edilmişdi.
– Burdan o yana özüm gedәrәm, – döngәlәrdәn birindә
Trotski bәlәdçiyә dedi.

173
   168   169   170   171   172   173   174   175   176   177   178