Page 170 - pryaxin
P. 170
rgi Pryaxin

Sonra ayin yerinә yetirirmiş kimi yavaş-yavaş әlinin arxası ilә
dodaqlarını sildi vә piroqa işarә etdi. Taisiya piroqu yarı bölüb
ona uzatdı.

İlahi, mәni dә onun kimi qocalt!
– Tolik! – Birdәn-birә yadıma düşdü. – Әllinci illәrdә sizdә
bir qarı yaşayırdı. Amma onun otağı başqaydı, çıxış tәrәfdә…
– Әlbәttә, yaşayırdı, – Anatoli cavab verdi.
– O kim idi?
– Sәnin ulu nәnәn.
İşә bax! Belә çıxır ki, dost-doğma ulu nәnәmi öz gözlәrimlә
görmüşәm. Bu, mәnim üçün lap göydәndüşmә oldu. Axı indiyәcәn
elә bilirdim ki, uşaqlıqda mәni yalnız anamın әmisi-dayısı qızları
әhatә edib. Ulu nәnә?
O vaxtlar kәnd evlәrinin hamısında bu cür gözdәniraq otaqlar
vardı. Onda qoca kişilәr, qarılar çox yaşayırdı, onları, indiki
kimi, o dünyaya yola salmağa tәlәsmirdilәr. İndiki “elita” qocaların
izini itirmәyi az qala özünә borc bilir. Yәqin, 2008-ci ildә baş
tutacaq sәsvermәnin ümumi mәnzәrәsini korlamaq istәmirlәr.
Xüsusilә dә müharibә iştirakçıları – hazırda cәmiyyәtin әn cәsur,
әn fәdakar hissәsini onlar tәşkil edir. Onlar itirә bilәcәklәri hәr
şeyi Stalinqrad – Keniqsberq әtrafında qoyub gәliblәr, indi isә
bizim – onların övladlarının görmәli olduğu işlәri görürlәr. Bizim
kimi ağciyәr, qәtiyyәtsiz deyillәr.
Müharibәdә ayağını itirmiş veteranlardan biri yetmiş dördüncü
ildә Dubrovkada (mәn öz ayaqlarım üzәrindә dayanmışdım, o –
taxta ayaqların), bir vaxtlar vuruşduğu sәngәrin kәnarında mәnә
belә demişdi:
– Sonuncu dәfә bax burada, bu sәngәrdә, güllә yağışının
altında özümü xoşbәxt hiss etmişәm…
Mәn – “Komsomolskaya Pravda”nın müxbiri aşağıdan-yuxarı,
heyranlıqla vә minnәtdarlıqla onun üzünә zillәndim. Әsl qәzet
materialıdır. Necә deyәrlәr: Leninqrad, partiya – hökumәt, Lenin –
Stalin…
O isә sözünә davam edirdi:

170
   165   166   167   168   169   170   171   172   173   174   175