Page 165 - pryaxin
P. 165
Xəzər yuxuları
Elә adamlar var ki, canlı abidәdir, hәtta abidәlәrin postamentidir.
Bu cür postamentlәrin üzәrindә istәnilәn “zorba insan” külәkli
havada şam kimi görünәcәk. Analar bizә süd verir. Anatoli isә
(әvvәlki kimi, mәn hәlә dә ona “Tolik” deyirәm) acı hәyatın,
nakam evliliyin ağrılarıyla böyümüşdü. Bu cür hәyat şәraitindә
başqa insan yetişә bilmәzdi. Yaşı yetmişә yaxınlaşır, amma elә
indi dә az qala on pud çәkisi var. Bәdәni, uzunluğu qırx metrә
çatan, hündür, zövqlә yığılmış ot tayası kimi mütәnasibdir. Enli
kürәyi cavanlığında olduğu kimi qalıb, beli zәrrә qәdәr dә
әyilmәyib, bilәyinә nә saat qayışı bağlamaq mümkündür, nә dә
bilәrzik. İndiki bilәrziklәr nәrmәnazik insanların bilәyi üçün
nәzәrdә tutulub, xüsusilә dә qızıldan düzәldilәnlәr. Belә bilәrziklәri
üzәrindә böyük-böyük rәqәmlәr yazılmış kağız-kuğuzu imzalayan
nazikbilәkli (qadın bilәyindәn seçilmәyәn) kişilәr taxır. Amma
onların imzaladığı kağızların üstündәki rәqәmlәri nә Tolik, nә dә
şәrab zavodunun direktor müavini vәzifәsindәn pensiyaya çıxmış
Anatoli Timofeyeviç tәsәvvürünә gәtirә bilәr.
Anatoli Timofeyeviçin direktor müavini işlәdiyi vaxtlarda
rayon mәrkәzindә, Stavropolda vә ya Moskvanın özündә әlaltından
müәyyәn işlәr görmәk üçün yalnız şәrabla “şirinlik” verirdilәr.
Anatoli rayon mәrkәzinә, Budyonnovska gedәndә özüylә şәrab
şüşәlәri götürürdü: bu nemәtdәn orada da korluq çәkmirdilәr.
Stavropola yollananda iki-üç, Moskvaya yolu düşәndә isә doq-
quz-on kanistr şәrab aparmalı olurdu. Kursk vağzalına çatan
kimi, iyirmilitrlik polietilen kanistrlәri diqqәtlә sayırdı, gәnc
analar vә ya pioner dәstә rәhbәrlәri uşaqları sayırmış kimi.
Paytaxtda spirtli içkilәrin әlindәn tәrpәnmәk olmurdu, amma,
belә çıxır ki, “mәsәlәlәri yoluna qoymaq üçün” mәhz onun
gәtirdiyi kanistrlәrә ehtiyac varmış! Spirtli içkilәrin qadağan
olunduğu vaxtlarda problemlәr daha asan hәll olunurdu, istәnilәn
baş idarәdә vә ya nazirlikdә Anatoli Timofeyeviçin yolunu
hәsrәtlә gözlәyirdilәr. Müdirlәrin hamısı onu öz kabinetindә
görmәk istәyirdi. Onu görәn kimi qolundan tutub kabinetә çәkir,
qapını içәridәn açarla bağlayıb, dәrhal mәsәlәlәri hәll etmәyә
girişirdilәr. Anatoli Timofeyeviç iki yükdaşıyan fәhlә ilә birlikdә
nazirliyin binasını tәrk edәrkәn kabinetlәrdә stәkanların cingiltisi
165