Page 160 - pryaxin
P. 160
rgi Pryaxin

evindә yanan şam kimi, get-gedә azalan işığı ilә yolçuları azmağa
qoymur. Nәnәmin yüngülcә körpәyә toxunan cod әllәri kobud
materiyadan olmasına baxmayaraq, ölәzimәkdә olan bu işığı ke-
çirir. Onun әllәri bu xәyali pilәtәnin keçirildiyi kobud çırağı
xatırladır. Çox istәrdim ki, o, mәnim anam olsun: quş tәsәrrüfatındakı
gözәtçilәr evindә pәncәrәnin önünә mәnim üçün çıraq yandırıb
qoyduğu vaxtlar yadıma düşdü. İkinci növbәdә oxuyurdum, ax-
şamlar qaranlıq düşәndәn sonra çöllüklә anamın yanına, onun iş-
lәdiyi quş tәsәrrüfatına gedәndә yolu aza bilәrdim…

Yox, o, mәnim anam ola bilmәz.
Çünki öz xalalarından bu qәdәr kiçik deyil: Yelka nәnә ilә
yaş fәrqi, bildiyim qәdәr, on-on iki ildәn çox olmaz.
Hәm dә, ona görә ki, fotoda mәnim doğma nәnәm yoxdur.
İnanmıram ki, Aleksandra ilk övladını, bu yaşda körpә qızını
kiminsә dizinin üstündә oturdub, harasa uzaqlaşsın. Öz anası
olsa belә.
Görәsәn, Aleksandra nәnә niyә şәkildә yoxdur? Tәәssüf,
artıq bunu heç vaxt öyrәnә bilmәyәcәyәm: onların heç biri
hәyatda deyil. Çıxıb gediblәr. İşıq sönüb. Kimdәn soruşasan?
Ürәyimә damıb ki, burada “Zinger” maşını ilә nәsә bir әlaqә var!
– Qürurludur, – Mariya nәnә mәnim doğma nәnәm haqqında
danışanda belә deyәr vә baxışlarını yerә dikәrdi.
Amma indi onun aşağıya dikilmiş gözlәrindәn oxuyuram:
“qudurub”. Gәlib knyazın evindә iş-güc sahibi olandan, varlı
hәyata qovuşandan sonra ailәsi ilә әlaqәlәri kәsmişdi. Amma
Tanyanın sayәsindә onu Solovkidәn qurtaran yenә bu ailә olmuşdu.

***

Fotoşәkli mәnә Yelkanın kiçik oğlu Anatoli hәdiyyә etmişdi.
Onu uşaqlıqdan tanyıram. Ümumiyyәtlә, uşaqlığım çoxsaylı
әmilәrin, dayıların әhatәsindә keçib, onlarla yaş fәrqimiz elә dә
çox deyildi. Tәxminәn anamla kiçik xalaları arasındakı yaş fәrqi

160
   155   156   157   158   159   160   161   162   163   164   165