Page 164 - pryaxin
P. 164
rgi Pryaxin

tozlu yolun kәnarında ucalan böyük, sıldırım qayalıq qara qaranquş
yuvaları ilә dolu idi. Bu, hәmin yol idi ki, Duşka Terekovanın
birinci, qanuni әri burada qәza törәdәrәk hәyatını itirmişdi. Bu
hadisәni yaxşı xatırladığım üçün hәr dәfә “uçuş”a başlayanda
ürәyim şiddәtlә döyünür, qorxudan sarımı udurdum.

Velosipedlә tez-tez “yürüş” edirdik, çünki çayın o üzündә
böyük meyvә bağları vardı vә (doğma anasının nәzarәtindә olsa
da) bu bağlara baş çәkmәk Tolik üçün şәrәf mәsәlәsi idi. Odur
ki, hәr dәfә evә qayıdanda velosipedin sükanından alma vә üzüm
dolu kisәlәr asılmış olurdu. Düzdür, velosipedin qanadı yox idi,
amma baqajı, әlbәttә ki, vardı. Bizimkilәr hәyatı baqajsız tәsәvvür
etmir.

Köhnә, şala cırcırama kimi boz rәngli velosipedin olmayan
qanadları hamımıza kifayәt idi. Doğrudur, mәnә elә gәlirdi ki,
uçuş zamanı yox oluram. Amma bircә dәqiqәdәn sonra geri
qayıdıram.

Bir dәfә sürәtlә irәlilәdiyimiz yerdә bir az bundan qabaq
Mariya nәnәnin böyük tәntәnәylә hәdiyyә etdiyi furajka başımdan
düşdü. Furajka get-gedә kiçilәn qara dairә kimi muskat rәngli,
sarı, dibsiz suda gözdәn itdi. Ağlamağa macal tapmadım: Tolik
qәfildәn velosipedi saxladı, mәni burada qoyub bir göz qırpımında
körpüdәn çaya atıldı. Yaxşı ki, yalnız tuman-köynәkdәydi. Çay
sürәtlә axsa da, furajkanı haqladı, tutub sudan çıxardı. Sonra
ağır-ağır nәfәs ala-ala, çayın qırağı ilә geriyә qayıtdı. Bu islanmış,
әzilmiş furajkanı vaxtından әvvәl, yayda geyinmişdim – uşaqların
yanında lovğalanmaq üçün…

Yelka nәnәnin hәdiyyә etmәk üçün heç nәyi yox idi deyә,
mәnә Toliki vermişdi.

Gülә-gülә mәnә әziyyәt verir, bununla belә, hәyata alışdırırdılar –
nә vaxtsa onların olmayacağı hәyata. Adәt adәtdir, bu, insanın
alnına yazılmır, adamı vuranda isә çox zaman düz alnından
vururlar. Bunu dayılarım çoxdan bilirdilәr, öz alınlarına dәyәn
zәrbәlәrdәn.

Onlardan yeganә sağ qalanı Anatolidir.
Vasili Stepanıç, yaxşı ki, onunla indi dalaşmırsınız.

164
   159   160   161   162   163   164   165   166   167   168   169