Page 159 - pryaxin
P. 159
Xəzər yuxuları
hansısa tapşırığı yerinә yetirmәyә tәlәsәn muzdurun çopur әlindәn
tutub, obyektivin qarşısında saxlayıb. Әvvәla, qarı, doğrudan
da, uzunboylu, qәdd-qamәtlidir, ikincisi dә, elә adamlar var ki,
dizi üstә dayansalar da, әhatәsindәki adamların hamısından
hündür görünürlәr, xüsusәn dә әl buyruqçuları vә muzdurlardan.
Qarıya baxanda başa düşürsәn ki, bizim monastır rahibәlәri kimi
çәlimsiz, uzun-caydaq olmağımız tәsadüfi deyil: demәli, hәyat
bizi başqaları kimi eninә yox, uzununa kәsib-doğrayır – qoy
başqalarına görk olsun. Şәkildә Yelka nәnә hәlә cavandır, Hollivud
artistlәrinә oxşayır. Hәlә hәr şey irәlidәdir: evlilik, dul hәyatı,
müharibә, briqadir işlәyәcәyi vaxtlar, böyük oğlunun uzaq
Qırğızıstanda erkәn ölümü. O, durna boğazı kimi uzun, inciçiçәyinin
saplağını xatırladan boynunu çox bükmәli olacaq. Çox göz yaşları
axıdacaq. “Qızların göz yaşı” – xalq arasında inciçiçәyini belә
adlandırırlar. Amma o vaxtlar, Yelkanın gözlәri dolsa da, ağlasa
da, bu, doğrudan da, qızın göz yaşları idi, tez quruyurdu. Bu cür
göz yaşları dәrddәn qurtulmaq üçün deyil.
Şәkildә donqarburun İvan dayı iri qara әllәrini yanyaxa
köynәyinin üstündәn bağladığı kәmәrinin altına soxub. Ailәnin
kiçiyi Tanya hamıdan aralı, tәk görünür, Kostikdәn dә kәnarda
dayanıb. Hiss olunur ki, müstәqil hәyata qәdәm qoymağa hazırlaşır,
amma ailәnin cazibә qüvvәsini hәlә dәf edә bilmәyib. Hәlә
taleyin mәşәqqәtli, keşimәkeşli yolları onu dünyanın o başına
aparıb çıxarmayıb – şiddәtli külәkdә, fırtınalı havada vurnuxan
quşcuğaz kimi. Hәlә yeniyetmә yaşındadır, dünyanın istisini-
soyuğunu görmәyib, isti yuvasını tәrk edib, çox arzuladığı başqa
dünyaya qovuşmayıb, bu dünyanın sәrt üzünü görmәyib. Saçını
qısa kәsdirib, iri, ifadәli gözlәri heç bizimkilәrә bәnzәmir.
Bacılarının yanından elә bu görkәmdә çıxıb getdi, başqa zamanlara
üz tutdu.
Qarının dizi üstündә kiçik bir qız oturub. Qarı ikonanı sinәsinә
sıxmış rahibәyә oxşayır. Sarışın, qıvrımsaç qızcığaz mәlәk kimi
mәsumdur, ona qәşәng don geydiriblәr, bilәklәrindә, topuqlarında
bәzәkli sarğılar var, çox qayğısızdır – kәndlilәrin cәnnәtindә,
mәlum olduğu kimi, aclığın nә olduğunu bilmirlәr. Köhnә foto-
şәkildә qızcığaz sanki nur saçır, qaranlıq gecәdә kiminsә uzaq
159