Page 155 - pryaxin
P. 155
Xəzər yuxuları

Mәni bağa dәvәt etdilәr, amma ayaqlarım getmәdi: payız
mövsümündә bağ – bundan kәdәrli mәnzәrә tәsәvvür etmәk
çәtindir. Bir vaxtlar az qala xoşbәxt olduğun bu kiçik evin yad
әllәrә keçmәsini, uçulub-dağılmasını görmәkdәn dә çәtin.

Mariya nәnәnin tarixçәsini danışmaqda mәqsәdim sizi әsas
xәbәrә hazırlamaq idi.

Kiçik bacı Solovkidәn qaçdı.

***

Solovetsk adalarından necә qaçıb-qurtulmaq olardı, özü dә
otuzuncu illәrdә?

Düz tapdınız, yalnız su yolu ilә, üzә-üzә.
O da doğrudur ki, qadın Solovkidәn yalnız kişilәrin vә ya
heç olmasa, bir kişinin kömәyi ilә qaça bilәr.
Nәslimizin bütün qadınlarının hәyatındakı hadisәlәr elә bunu
sübut edir: hәr biri, әn azından, bir evli kişinin ürәyini ovlamağa
qadirdir, kişi – hәmin hәbsxana nәzarәtçisi olsa da.
Deyilәnә görә, cavan qadını, bayraqsayağı, giş parçaya
büküblәr, qayığın içinә, ya da barjın anbarında döşәmәyә uzadıb
aradan çıxarıblar. Ağ dәnizin ucsuz-bucaqsız sularında yırğalanan
barjın anbarına dәfәlәrlә baş çәkәn adam kim olub, öz xoşu ilә
vә ya borcunu ödәmәk uçun qadın kiminlә yastığa baş qoyub –
artıq bunları heç kimdәn öyrәnmәk mümkün edyil.
O, hәyatının sonuna kimi başqa adla yaşadı.
Bir dәfә axşamtәrәfi bizә gәlmişdi. Dәqiq yadımda deyil, әlli
üçüncü ildәn әvvәldi, yoxsa ondan sonra. Әslindә mәnim
qohumlarım üçün bunun elә bir әhәmiyyәti yox idi, onsuz da
dövlәtә zәrrә qәdәr dә inanmırdılar: nә dövlәt cәzalandıranda, nә
ölümdәn sonra әfv edәndә. Bircә o yadımdadır ki, xalam qapını
döymәdәn, gizli fәaliyyәtlә mәşğul olan adamlar kimi asta-asta
içәri girәndә anam sevincindәn dik atıldı, amma hәm dә birdәn-
birә bәnizi ağardı. Bu hadisә әlli üçüncü ildәn әvvәl vә ya sonra,
hәtta әlli beşinci ildә baş vermiş olsaydı belә, anam yenә dә bu

155
   150   151   152   153   154   155   156   157   158   159   160