Page 151 - pryaxin
P. 151
Xəzər yuxuları

gәlmirdi. Axı әvvәlcә çaxırın dadına baxmalı, qiymәtlәndirmә-
liydilәr! Stәkan olmadan necә qiymәtlәndirәsәn? Bir stәkan
çaxırla iş bitmirdi. Tuluq, yumşaq qadınlar sayağı, göz önündәcә
әriyib-gedir, get-gedә nazilirdi. Nәhayәt, müştәri boşalmış tuluğu
götürüb sәkkiz yaza-yaza әkilirdi. Bәzәn tәmir olunmuş ayaqqabısını
unutduğu üçün geri qayıdır, bu dәfә pinәçi onu düz darvazayacan
ötürür, burada baş-başa verib birlikdә mahnı oxuyurdular.

Bax Yevdokiya bu İvan babanın – Mariya vә Yelkanın
qardaşının başını piylәyib yoldan çıxarmış, özünә әr elәmişdi.
Amma bu hadisә baş vermәzdәn bir az qabaq İvan babaya böyük
bәdbәxtlik üz verdi: kim bilir, bәlkә dә, kişi bәdbәxtlikdәn başını
itirib Yevdokiyanın toruna düşmüşdü?

İvan babanın kiçik oğlu – sonbeşiyi dünyasını dәyişmişdi.
Sonbeşiyi.

Balaca, qaragözlü, iriburunlu oğlan idi. İvan baba qoca
qarğaya oxşayırdı, oğlu isә zirәk, diribaş quşcuğaza. Onunla
yaşıddıq, bir yerdә gәzib-dolaşır, dostluq edirdik. Anası – Mariya
nәnәnin vә İvan babanın gәlini onu tez-tez qayınatasıgilә gәtirirdi.
Anasının çox qәribә adı vardı – “Fedora”. Fedora cavan,
qarabuğdayı, qıvraq gәlindi, әlindәn hәr iş gәlirdi. Oğlanla (adı
“Valya” idi: elәdir, anası az qala kişi adı daşıyırdı, oğlu isә –
qadın) axşama kimi xizәklә sürüşürdük. Xizәyi bizim üçün Kostik
ağacdan düzәltmiş, bircә dәnә dә mismardan istifadә etmәmişdi.
Birlikdә xizәyә oturur, bir-birimizdәn bәrk-bәrk yapışır vә
qarşıdakı tәpәdәn üzüaşağı sürüşürdük. Bәzәn tәk sürüşәnlәrin
xizәyi ilә toqquşur, onları vurub yoldan çıxarırdıq. Neylәmәk
olar – hәrәnin öz yolu…

Bir dәfә, yayda gәlib gördüm ki, Valya yoxdur. Bu dәhşәtli
söz hәlә dә qulaqlarımı cırmaqlayır: “ölüb”. Deyәsәn, sәtәlcәm
olmuşdu. Bu xәbәri eşidәndә tәәccübdәn vә heyrәtdәn bir müddәt
özümә gәlә bilmәdim: onda elә bilirdim ki, yalnız qocalar ölür.

Fedora da ölmüş kimiydi: nәnәnin evinә gәlәn artıq tamamilә
başqa qadın idi. Başına hәmişә qara yun yaylıq bağlayırdı, bu
yaylığı daxmada da başından açmırdı. Hәmişә başağrısından şi-
kayәtlәnirdi, amma, deyәsәn, bәhanәydi. O, sadәcә heç kәsә qu-
laq asmır, öz bildiyini elәyirdi. Özünü lal-kar kimi aparırdı, artıq

151
   146   147   148   149   150   151   152   153   154   155   156