Page 141 - pryaxin
P. 141
Xəzər yuxuları

Ali Qızlar Mәktәbinin inqilabdanәvvәlki mәzunları, stenoqrafçı
qızlar vә s. vә i.a: әsl böyük adamlar kimi. Dünәnki nökәrlәr indi
ağa olmuşdular: bunlar yad tәsirlәrә nә tez mәruz qalır, başqalarının
hәyat tәrzini nә tez mәnimsәyirdilәr…

İndiki halda, nәdәnsә bu nemәtlәrdәn imtina edilmişdi: qul-
luqçularla, mühafizәçilәrlә dolub-daşan xüsusi vaqon Svyatoy
Krestdә, stansiyada gözlәnilirdi.

O, özüylә oturacağı qayışdan düzәldilmiş yığılıb-açılan stul
da götürmüşdü – adәtәn belә stullara çәkmәçilәrin iş yerlәrindә
rast gәlmәk olar: mәlum olduğu kimi, rәhbәrlәrin bir çoxu
keçmişdә usta kömәkçisi olub.

Onun әla bir qoşalülәsi dә vardı – qundağı naxışlı, işlәmәli
“zauer”.

Hardan bilirәm? Bunu dәqiq bilirәm, çünki Trotski Le-
vokumkada özünә bir bәlәdçi tutmuşdu. Hәmin bәlәdçini Le-
vokumkada görmüşәm, sağ-salamat idi. Levokumka artıq rayon
mәrkәzi idi, mәn onda buraya yenicә gәlmişdim. Yerli rayon
qәzetinin әmәkdaşı kimi işә başlamışdım.

Yalnız indi başa düşürәm ki, Trotski niyә o vaxt әlavә, artıq
şeylәrin hamısını Svyatoy Krestdә qoyub otuz-qırx kilometr
uzağa gedibmiş. Mәncә, o, әsl ovçu imiş.

Bir dәfә, Qara torpaqlarda ezamiyyәtdә olarkәn, Vasya
Qlotovla rastlaşdım. Vasya bu yarımsәhra әrazilәrdә yerlәşәn
insan mәskәninin yerli sakini idi. Yataq xәstәsiydi. Tanışlığımızdan
bir neçә il әvvәl onu maşın vurmuşdu: açığı, başa düşә bilmirәm,
bu ucsuz-bucaqsız çöllükdә, necә olub ki, maşınla yolları kәsişib?
Görünür, sürücü dә onun kimi bәrk sәrxoş imiş. Qәsәbәdә
mehmanxana yox idi. Qara torpaqlara gәlәndә angina xәstәliyinә
tutulmuşdum, gәlib çatdıqdan sonra xәstәliyim şiddәtlәndi, tem-
peraturum qırx dәrәcәyә yüksәldi. Әmәlli-başlı titrәdirdim.
Qolumdan tutub Vasyanın evinә gәtirdilәr – bir müddәt burada
qalacaqdım. Vasya anası ilә yaşayırdı: iflic olandan sonra hamı
başa düşmüşdü ki, sağalan deyil. Arvadı bunu hamıdan әvvәl
başa düşmüşdü – kiçik qızını da götürüb Vasyanın evini tәrk
etmiş, Böyük Torpağa üz tutmuşdu. Analar isә öz ovladlarının

141
   136   137   138   139   140   141   142   143   144   145   146