Page 136 - pryaxin
P. 136
rgi Pryaxin
edәn yükünü qoyub, mәni heç kim almazdı. Hәyәt-baca mәnim
kimilәrlә dolu idi, almadan, üzümdәn fәrqli olaraq, bu çöllükdә
uşaq әlindәn tәrpәnmәk olmurdu. Tәsәrrüfat işlәrindә böyüklәrә
kömәk edirdilәr, bu cür qiymәtli mәxluqları satmaq olar? Belәcә,
Konstantin Petroviçin arabasında kәndlәri dolaşır, әzik-üzük
manatlıqları vә üçlüklәri (kәndlilәrdә bundan böyük әsginaslar
olmurdu) saymaqda ona kömәk edirdim. Bәzәn babamın gözündәn
oğurlanıb uşaqlara әlaltından alma, armud, gavalı ötürürdüm.
Uşaqlar gizlicә onlara atdığım üzüm salxımlarını sinәlәrinә sıxır,
bu zaman ibadәt edәn adamlara oxşayırdılar.
Brixunets baba çopur sifәtli, quru adam idi, kvadratşәkilli
başını hәmişә qısa qırxdırırdı, saçları tamamilә ağarmışdı. Çox
işgüzar idi: evdәki bütün müxәllәfatı öz qabarlı әllәri ilә düzәltmişdi.
Adama elә gәlirdi ki, gecә-gündüz – baharın ilk günlәrindәn qar
yağana kimi – qulluğunda dayandığı ağacları da o düzәldib.
Dul qalandan sonra üç uşağını tәkbaşına böyüdüb boya-başa
çatdıran kiçik bacı çox gözәl qadın idi. Yaraşıqlı sifәtindәn,
gözәl gözlәrindәn gülüş әskik olmurdu. Amma bu, bir qәdәr
istehzalı tәbәssüm idi. Bu ifadә onun üzündә әri müharibәdәn
qayıtmayandan sonra peyda olmuşdu. Demәk olar, rәfiqәlәrinin,
yaşıdlarının hamısının әri müharibәdәn sağ-salamat qayıtmışdı,
onunku isә yox. Müharibә illәrindә olduğu kimi, qadın yenә dә
bağçılıq briqadasının briqadiri işlәyirdi. Elә evdә dә özünü
briqadir kimi aparırdı. Yelka nәnә kişilәr, qadınlar, qırx beşinci
ildәn sonra briqadaya yeni gәlmiş әlillәrlә çox yaxşı dil tapırdı.
“Kukla” adlı madyanın belindә oturub, şәstlә әmrlәr verirdi.
Buradan әli kişilәrin saçına da çatırdı. Bacısına baş çәkmәyә dә
bu atla gedirdi. Onda bacısı artıq kolxozda işlәmirdi. At belindә
bacısıgilә üz tutan qadın ağır keçәn gündәn sonra iş yerini tәrk
edib dincәlmәyә gedәn generala oxşayırdı.
Brixunets baba Kuklanı tumarlamağı, yemlәmәyi heç kimә
etibar etmirdi. Atı dirәyә bağlayan kimi, cәld bir qucaq ot gәtirib
heyvanın qabağına qoyurdu. Bu otu onunla birgә meşәdәn yolur,
eşşәyimiz Senkaya yüklәyir (dәstәlәnib kәndirlә bәrk-bәrk
bağlanmış ot qalağının altında eşşәk qarışqa kimi görünürdü),
gәtirib samanlığa tökürdük. Azdanışan, qaradinmәz, amma çox
136