Page 137 - pryaxin
P. 137
Xəzər yuxuları
höcәt adam idi. İtinin adını “Nitak” qoymuşdu ki, heç kәs onun
adını tәxmin edib yaxın düşә bilmәsin. Әllinci ildә heç qırx yaşı
tamam olmamış Yelka nәnәyә isә heç bir ad vermәmişdi, amma
onu görәn kimi yerindәn dik atılır, qabağına yüyürürdü, sanki
taxta-şalban zavodunda dülgәr yox, bağçılıq briqadasında işlәyirdi.
Yelka yaşlı vaxtlarında da ona hәsәd aparan (görünür, üzüm
yetişdirmәklә mәşğul olan kәndli qadınlar onun şux görkәmini,
evindәki sәliqә-sahmanı sinirә bilmirdi), paxıllığını çәkәn arvad-
lardan elә qisas aldı ki… Qızı Tonya elә gözәl idi, iki göz
istәyirdi tamaşa elәsin. Yelka nәnәnin özü daşdan yonulmuş,
yağışdan-külәkdәn sifәti qabalaşmış skif qadınlarına oxşayırdı,
amma qızı oranjereya bitkisi kimi zәrif, kövrәk idi. Qız sovxozun
direktoruna әrә getdi. Altmışıncı illәrdә sovxozu lәğv edib,
yerindә kolxoz yaratdılar.
Hәlә dә әyyaş әrlәrinin üstündә әsәn, onların tәrәfini saxlayan
qadınlar Yelka nәnәnin birbaşa idarәçiliyi altına keçdi. Düzdür,
artıq hәmin qadınların çoxu әldәn düşmüş atlar kimi tәsәrrüfat
işlәrindәn uzaqlaşdırılmışdı, Amma Yelka qocalıb korlaşmağa
başlasa da, hәlә dә әzәmәtli yerişini-duruşunu qoruyub saxlayan
Kuklaya oxşayırdı: heç kimin ağlına da gәlmirdi ki, onu başqasıyla
әvәzlәsin.
Mәn tez-tez Mariya nәnәgildә qonaq qalırdım, hәtta bir il
burada, Krasnı Oktyabrda mәktәbә getmişdim. Kiçik mәktәb idi,
üç sinfin şagirdlәri bir yerdә oxuyurdu, onlara yalnız bir müәllim
dәrs deyirdi. Mariya nәnәnin öz uşağı olmurdu (Konstantin
Petroviç yaxşı ağac becәrsә dә, dünyaya uşaq gәtirmәkdә әli yox
idi) deyә bütün mehrini mәnә salmışdı, o, mәni geyindirib-
keçindirib mәktәbә yola salmağa hazırlaşarkәn yalnız bir şeyә
tәәssüf edirdim: heyif ki, Nikoladakı sinif yoldaşlarım mәni
görmür. Dәrsdә әn çox әlini qaldıran mәndim, ona görә yox ki,
hamıdan ağıllıydım, ona görә ki, müәllimimiz tәxminәn biz
ağıldaydı – çünki orta mәktәbi keçәn il qurtarmışdı.
Madyan Kukladan çox xoşum gәlirdi, hәrdәnbir Yelka nәnәnin
icazәsi ilә ata minirdim. Bir dәfә Mariya nәnәdәn soruşdum:
bizim eşşәyi atla әvәzlәmәk olar? İş burasındadır ki, Kuklayla
birtәhәr dil tapa bilirdim, amma eşşәk mәni adam yerinә qoymurdu,
Brixunets babadan savayı, heç kimi yaxına buraxmırdı.
137