Page 131 - pryaxin
P. 131
Xəzər yuxuları
yağırdı, odur ki, ona öyüd-nәsihәt vermәk fikrindәn daşındım.
Bir az fikirlәşәndәn sonra ikinci variantı seçdim.
– Bizim vәtәnimiz, – sönük sәslә dedim.
Deyәsәn, qızıma elә gәlirdi ki, yatan gözәlsayağı, üç sutkadır
ki, yuxudadır.
– Yәni Rusiya?
– Yox, sadәcә, bizim vәtәnimiz…
Hә dә, indiki Rusiya barәdә deyә bilmәzsәn ki, o, mәnim
vәtәnimdir vә ya mәn onun övladıyam.
Nәhayәt, qızım iki gözünü dә açdı – uşaqlıqda morşansklılar
haqqında mәndәn bәzi şeylәr eşitmişdi.
Küçәnin ortasıyla yavaş-yavaş irәlilәyirdik. Maşının arxasınca
qaçan uşaqlar da gözә dәymirdi, yәqin, ona görә ki, sadәcә bura-
da uşaq yoxdur. Hә, әlbәttә, yaşadığımız çöllük әrazilәrlә bu
yerlәri müqayisә etmәk olmazdı. Bu meşәlik, әsrarәngiz taxta
evlәr, bu nazik, sıxılmış kәrpiclәr nağıl dünyasını xatırladır.
Bizdә isә külәklәr göz açmağa qoymur. Yayın rәnglәri boş qalmış
evlәrin, adamsız küçәlәrin mәhzun görkәminә bir qәdәr rövnәq
verir, canlandırır. Kәndin әtrafını sarmış meşәlik yavaş-yavaş
kәndin içinә doğru ayaq almışdı. Deyәsәn, Rusiyada mәrkәzdәn
uzaq yerlәrin ümumi sәciyyәsi viranәlikdir. Biz sanki yaşayış
mәntәqәsinin yolu ilә getmirdik, suda üzürdük: elә bil qalın
şüşәli illüminatordan mәşhur Atlantidanın dәnizә gömülmüş
qalıqlarını seyr edirdik.
Әslindә buranı gözdәn-könüldәn uzaq mәkan da adlandırmaq
olmaz: kәndin yanından böyük bir yol keçir – ola bilsin, vaxtilә
babamı tovlayıb başdan çıxaran elә bu yol olub.
Yol bizi gәtirib kilsәnin yanına çıxardı. Kilsә divarlarının
hörgüsündәki kәrpiclәri dәrhal tanıdım – evlәrin tikintisindә
istifadә olunan kәrpiclәrin eyni idi. Dünya әhli, görünür, o
kәrpiclәri kilsә divarlarından söküb aparmışdı: Tanrının sәrvәti
tükәnmәzdir, beş-on kәrpic aparmaqla kilsәyә heç nә olmaz.
Daxmaların özülü vә göylәrin tәmәli – eyni yaşdadır. Kilsә çox
da hündür deyildi, daha çox eninә tikilmişdi. Qırçınlı gen don
geyib oturan tacir arvadına oxşayırdı. Kilsә hasarının önündәki
131