Page 129 - pryaxin
P. 129
Xəzər yuxuları
Kefim kökdür, çünki arxada kiçik qızım oturub: o, yanımda
olanda hәmişә özümü әla hiss edirәm – heyif ki, nadir hallarda
bir yerdә ola bilirik. O biri qızlarla nisbәtәn tez-tez görüşürәm.
Böyük qızlarım hәmişә әlimin altındadır, amma kiçik qız әsәn
külәklәr kimidir – bu gün buradadır, sabah başqa yerdә. Bu,
hәmin nadir günlәrdәn biridir, qızım arxa oturacaqda әylәşib,
mәnimlә birgә Lermontov bayramına gedir.
Arxanda yaxşı dost; sükan arxasında tәcrübәli sürücü – daha
nә istәyirsәn?
Vilayәtlәrarası yoldur, federal yol deyil, bu yerli, mәntәqәlәrarası
yağışlar, bәlkә, elә ona görә özünü bu yerlәrin sahibi kimi aparır:
maşın sanki musiqi alәtinin biri qızılı, digәri sәdәf rәngindә olan
dillәri üzәrindә şütüyür, göy gurultusu isә sәngimәk bilmir –
adama elә gәlir ki, bu bürkülü-yağışlı havada hay-küy salan
göylәrin sahibi yox, gәlin kimi yuyunub-tәmizlәnmiş “Volqa”dır.
…Gәlib yolayrıcına çıxdım – sol tәrәfә ayrılan yol Voronejә
aparırdı, sağa ayrılan yol Morşanska…
O dәqiqә Melanya nәnә yadıma düşdü.
Kim bilir, kiçik qızım mәnimlә olmasaydı, sağ tәrәfә aparan
daşlı-kәsәkli yolu seçәrdimmi?
“Biz – morşansklıyıq!”
Sözün açığı, ürәyimdәn keçirdi ki, barmağımı qaldırıb, bu
fikri kiçik qızıma da tәlqin edәm. Melanya nәnә mәni dә pafosa
yoluxdurmuşdu. Pafos mәnә irsәn keçmişdi. Mәnim yerimdә
kim olsaydı, başqa cür hәrәkәt etmәzdi – ailә üzvlәrimin hamısı
qadın olduğu üçün әlimә düşәn nadir fürsәti әldәn qaçıra
bilmәzdim.
Sürәtlә şimala doğru irәlilәdikcә, vilayәtlәrarası yolun
kәnarlarında mәşәllәr kimi sıraya düzülmüş xәşәmbül çiçәklәri
yavaş-yavaş seyrәlirdi.
Yoldan döndük.
Melanyanın mәnә dediyi kәndin adını xatırlamıram. Morşansk
qәzası yadımdadır. Bir dә Malinino nahiyәsi. Fikirlәşdim ki,
“Malinino nahiyәsi”nә gedib çıxmasaq da, Morşanskdan keçib
gedәrik. Bu da maraqlıdır. Bu coğrafi mәkanı axtarıb-tapmaq
129